KOMİTƏDƏ YOXLAMA APARILIB: ehtiyac olmadan əlavə maşın alınması və... - KORRUPSİYA FAKTLARI
09-09-2021 [15:59]
Hesablama Palatası 2019-2020-ci illərdə dövlət büdcəsindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ayrılmış vəsaitlərin auditini aparıb.
Palatanın məlumatına görə, yoxlama nəticəsində məlum olub ki, Komitə büdcə layihələri hazırlayarkən cari və növbəti ilin maliyyə-təsərrüfat fəaliyyəti nəticələri düzgün qiymətləndirilməyib, müvafiq hesablamalar aparılmayıb, əvvəlki ilin faktiki göstəriciləri nəzərə alınmadan, bəzi xərclər artımlarla tərtib edilərək Komitə üzrə büdcə vəsaitinə olan tələbat barədə 2019-cu ildə 17 777 660 manat proqnoz verilib, xərclər üzrə təqdim olunan büdcə layihəsi 14 535 965 manat (3 241 695 manat az və yaxud proqnozun 81,7%-i qədər), 2020-ci ildə 21 809 601 manat proqnoz verilib, xərclər üzrə təqdim olunan büdcə layihəsi 15 341 529 manat (6 468 072 manat az və yaxud proqnozun 70,3%-i qədər) təsdiq edilib.
2019-cu ildə elektrik enerjisi, su və kanalizasiya xidmətləri haqqının ödənilməsi, kommunal və kommunikasiya xidmətləri ilə bağlı xərclər, ölkədaxili və beynəlxalq telefon danışıqları haqlarının ödənilməsi, poçt xidmətləri və internet xidmətləri haqqının ödənilməsi xərcləri üzrə ilin əvvəlinə və sonuna kreditor borcu olmayıb. Təqdim edilmiş proqnoz göstəricilərinin və təsdiq edilmiş rəqəmlərin təhlili ilə müəyyən edilib ki, büdcə vəsaitinə olan tələbat əsassız artımlarla tərtib edilib, mətbəə xərcləri üzrə 127 000 manat nəşr xərcləri düzgün olmayaraq büdcə vəsaiti hesabına proqnozlaşdırılıb. Ezamiyyələr üzrə əvvəlki ilin faktiki göstəricisi (yol xərclərinin tarifləri, istiqamətlər, say) nəzərə alınmayıb, ölkədaxili ezamiyyələr üzrə təqdim edilmiş 22 200 manat proqnoza qarşı 10 400 manat təsdiq edilib, icra isə 10 279 manat olub, xarici ezamiyyələr üzrə təqdim edilmiş 60 000 manat proqnoza qarşı 20 000 manat təsdiq edilib, icra isə 19 774 manat olub. Nəqliyyat vasitələrinin alınmasına görə balansda olan xidməti minik avtomobillərinin işlək vəziyyətdə olmasına baxmayaraq, 2 ədəd əlavə nəqliyyat vasitəsinin alınması üçün 160 000 manat proqnoz verilib, lakin xidməti minik avtomobillərinə olan tələbat (balansdakı nəqliyyat vasitələrinin istismar vəziyyəti) əsaslandırılmayıb, inventar, avadanlıq, digər maşın və avadanlıqların alınması, müavinət ödənişləri, sair xərclər, istehsalda istifadə olunmayan qeyri-maddi aktivlər, digər tikililərin inşası xərcləri üzrə büdcə vəsaitinə olan tələbat əvvəlki ilin faktiki icrası nəzərə alınmayaraq artımlarla tərtib edilib.
Analoji olaraq, 2020-ci ildə icbari tibbi sığorta, dəftərxana və təsərrüfat xərcləri, mətbəə məhsulları xərcləri, yanacaq və sürtkü materiallarının və digər malların alınması, tikili və avadanlıqların, nəqliyyat vasitələrinin cari təmir xərcləri, elektrik enerjisi, qaz və digər kommunal xidmətlərin haqqının ödənilməsi, ölkədaxili və beynəlxalq telefon danışıqları haqlarının ödənilməsi, poçt xidmətləri və internet xidmətləri haqqının ödənilməsi, ölkədaxili və xarici ezamiyyələr, istehlakyönlü müxtəlif xidmətlər, plastik kartların dəyəri, sair xərclər, dövlət qulluqçularına ödənişlər, maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, sair torpaq, tikili və avadanlıqların və qeyri-maddi aktivlərin alınması, əsaslı vəsait qoyuluşu xərcləri üzrə büdcə vəsaitinə olan tələbat artımlarla tərtib edilib.
Sürtkü materiallarının (mühərrik yağı, əyləc mayesi, soyuducu və digər mayelər) alınması xərcləri aylıq yürüş həddinə uyğun olaraq yanacaq sərfinin baza xətt normalarına əsasən, nəzərdə tutulmuş yanacaq xərcinin 10%-i qədər nəzərdə tutulduğu halda, 2020-ci ildə sürtkü yağına görə 2 halda 317 manat, avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri aylıq yürüş həddinə uyğun olaraq yanacaq sərfinin baza xətt normalarına əsasən, hesablanmış yanacaq xərcinin 30%-i qədər müəyyən edildiyi halda, təmir xərclərinə görə 2019-cu ildə 2 halda 753 manat, 2020-ci ildə 3 halda 926 manat, cəmi 1 679 manat vəsait normaya uyğun xərc edilməyib.
Büdcə ilinin yanvar ayının 1-dən dekabr ayının 31-nə qədər olan 1 illik dövrü əhatə etməsinə baxmayaraq, “Yanacaq və sürtkü materiallarının alınması” paraqrafı üzrə 2019-cu ilin əvvəlinə Komitənin 11022,0 manat debitor borcu olduğu halda, orta aylıq tələbat nəzərə alınmadan il ərzində ayrılmış vəsaitin 29 577 manatı yanacaq və sürtkü materiallarının alınmasına görə qarşı tərəfə köçürülüb və aylıq tələbatın orta hesabla 1 420 manat olduğunu nəzərə alsaq, Komitə növbəti ilin əvvəlinə - 01.01.2020-ci il tarixinə 21 452 manat və yaxud aylıq tələbatdan 15 dəfə çox debitor borc yaradıb. Eyni zamanda “Yanacaq və sürtkü materiallarının alınması” paraqrafı üzrə 2020-ci ilin əvvəlinə Komitənin 21 452 manat debitor borcu olduğu halda, orta aylıq tələbat nəzərə alınmadan il ərzində ayrılmış vəsaitin 11 573 manatı yanacaq və sürtkü materiallarının alınmasına görə qarşı tərəfə köçürülüb və aylıq tələbatın orta hesabla 1 370 manat olduğunu nəzərə alsaq, Komitə növbəti ilin əvvəlinə - 31.12.2020-ci il tarixinə 17 990 manat və yaxud aylıq tələbatdan 13 dəfə çox debitor borcu yaradıb.
Büdcə layihəsi hazırlanarkən büdcə xərclərinin artımlarla tərtib edilməsi nəticəsində iqtisadi təsnifatın təsdiq edilmiş göstəriciləri ilə faktiki xərclər arasında kənarlaşmalar yaranıb, 2020-ci ildə xərclərə olan tələbat əsaslandırılmayıb, əvvəlki ilin baza göstəriciləri araşdırılmayıb, bəzi xərclər üzrə, o cümlədən yanacaq və sürtkü materiallarının alınması paraqrafı üzrə ayrılmış maliyyələşmə məbləğinin 15 427 manatı və yaxud 57,1%-i , elektrik enerjisi haqqının ödənilməsi paraqrafı üzrə 5 142 manatı və yaxud 23,3%-i, qaz haqqının ödənilməsi paraqrafı üzrə 11 000 manatı və yaxud 78,5%-i, əsas fondlara xidmət haqqı xərcləri yarımmaddəsi üzrə 908 manatı və yaxud 55,7%-i, xarici ezamiyyələr paraqrafı üzrə 5 465 manatı və yaxud 72,8%-i, bank xidmətləri haqqının ödənilməsi yarımmaddəsi üzrə 4 852 manatı və yaxud 41%-i, sair xərclər maddəsi üzrə 3 600 manatı və xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi maddəsi üzrə 2 959 manatı və yaxud ayrılmış vəsaitin 100%-i, dövlət qulluqçularına ödənişlər paraqrafı üzrə 14 288 manatı və yaxud 49,3%-i ilin sonuna istifadə olunmayıb və büdcəyə qaytarılıb.
2019-cu ildə ayrılmış ilin sonuna istifadə olunmayan 3 122 924 manat qalıq vəsait dövlət büdcəsinə qaytarılmayaraq akkreditiv hesaba köçürülüb/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi