AMEA Fizika İnstitutunda vəsaitlər talanıb - Palata nazirlik və prokurorluğa üz tutub + Açıqlama (Xəbər yenilənib)
09-09-2021 [17:26]
Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda ayrılmış dövlət vəsaitlərinin icrası üzrə keçirdiyi audit nəticəsində aşkarlanan qanunsuzluqlarla bağlı Maliyyə Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.
Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülleteninin 2021-ci il üzrə ikinci nömrəsində qeyd edilib.
Auditin əhatə etdiyi dövrdə (2019-2020-ci illər) İnstitut tərəfindən ümumilikdə 9962052,5 manat məbləğində vəsait icra olunub.
Audit zamanı müəyyən edilib ki, Fizika İnstitutunda dövlət büdcəsindən ayrılmış vəsaitlərin icra səviyyəsi yüksək olsa da, il ərzində dövlət vəsaitlərinin maliyyələşmə və icra məbləğləri arasında uyğunsuzluqlar müşahidə edilib, xərclərin icrası zamanı 6734,0 manat məbləğində vəsait qüvvədə olan vahid büdcə təsnifatının müəyyən etdiyi iqtisadi təsnifat kodu dəyişdirilməklə icra olunub.
Auditin əhatə etdiyi dövrdə çalışanların sayı və vəzifələri təsdiq olunmuş ştat cədvəlinə uyğun olsa da, ixtisas dərəcələrinə düzgün riayət edilməməsi səbəbindən 18045,0 manat, iş davamiyyəti qeydə alınmayan əməkdaşlara 329886,8 manat, yaranmış qənaət hesabına düzgün olmayaraq əlavələrin verilməsi səbəbindən 86592,55 manat, elmi proqram üzrə İnstitutun smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına yalnız əmək funksiyalarını yerinə yetirilən əməkdaşlara təkrar ödəniş aparılması nəticəsində 25800,0 manat məbləğində artıq vəsait ödənilib.
Ezamiyyə qaydalarına və xərc normalarına düzgün əməl edilməməsi səbəbindən xarici və ölkədaxili ezamiyyə ilə bağlı vəsaitlərin icrası zamanı 1304,0 manat məbləğində vəsaitin artıq ödənilməsinə yol verilib
Dövlət satınalmalarının keçirilməsi zamanı yol verilmiş nöqsanlar satınalma prosesinin bütün mərhələlərini əhatə edib, bir sıra prosedur pozuntuları ilə yanaşı, vəsaitlərin satınalma keçirilmədən icra olunmasına yol verilib.
Auditin əhatə etdiyi dövrdə həyata keçirilmiş kotirovkalar üzrə hüquqi aktlarla nəzərdə tutulmuş addımlar atılmayaraq müvafiq elanlar rəsmi internet səhifəsində yerləşdirilməyib, ehtimal olunan qiymətlərin düzgün müəyyənləşdirilməməsi səbəbindən 30772,0 manat məbləğində artıq xərcə yol verilib;
Vəsaitlərin icrası ilə bağlı hesabatlar tam tərtib edilməyib, maliyyə hesabatlarının tərtibi zamanı təhriflərə yol verilib, o cümlədən maliyyə hesabatlarının tərtibi zamanı 01.01.2019-cu il tarixə 216600,3 manat, 01.01.2020-ci il tarixə 259643,9 manat, 31.12.2020-ci il tarixə 272993,9 manat dəyərində “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” maddəsi üzrə qeyd olunan qalıq məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat”ın “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” maddəsi əvəzinə “Torpaq, tikili və avadanlıqlar və digər uzunmüddətli aktivlər” maddəsində əks etdirilib.
Kanalizasiya haqlarının ödənilməsinin faktiki tələbat əsasında deyil, tam məbləğdə ilin əvvəlində vəsaitin plastik kartlara tam köçürülməsi səbəbindən ilin sonuna 8500,0 manat qalıq məbləği formalaşıb.
İnventarizasiya komissiyaları yaradılsa da, nəticələrlə bağlı hesabatlar düzgün tərtib edilməyib, laboratoriyalarda kimyəvi reaktivlərin 46740,0 manat məbləğində əsassız silgisi aparılıb.
Daxili nəzarət sisteminin nəzarət mühiti yaradılmayıb, nəzarət fəaliyyəti qənaətbəxş olmayıb, elementləri tam tətbiq olunmayıb.
Auditin nəticəsi olaraq, Hesabat tərtib edilənədək İnstitut tərəfindən 104616,0 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, həmçinin artıq hesablanmıș və kreditor borc kimi uçota alınıb, 387,7 manat məbləğində vəsait müxabirləșmə verilərək azaldılıb, vakant vəzifələr ixtisar edilib.
Auditin nəticələri ilə bağlı məlumat qanunvericiliklə nəzərdə tutulduğu qaydada Milli Məclisə göndərilib, hesabat İnstituta, nəticələrlə bağlı məlumat isə AMEA-ya da təqdim olunub.
Aparılmış auditin nəticələri əsasında vəsaitlərin təyinatdan kənar istifadəsi, maliyyə hesabatlarının düzgün tərtib edilməməsi halları barədə Maliyyə Nazirliyinə məlumat göndərilib.
Malların (işlərin və xidmətlərin) satınalma prosesində vəsaitlərin satınalma keçirilmədən icrası halları ilə bağlı inzibati xətanın müəyyən edilməsi məqsədilə isə Baş Prokurorluğa müraciət edilib/APA.
***
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu Hesablama Palatasının İnstitutda apardığı yoxlamalarla bağlı məlumat yayıb.
İnstitutdan Mia.az-a bildirilib ki, qeyd olunan nöqsanların tezliklə aradan qaldırılması, tövsiyə və iradların nəzərə alınması, həmçinin belə nöqsanların gələcəkdə bir daha təkrar olunmaması üçün institutda müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Hesablama Palatası AMEA-nın Fizika İnstitutunda ayrılmış dövlət vəsaitlərinin icrası üzrə keçirdiyi audit nəticəsində qanunsuzluqlar aşkar edib və bununla bağlı Maliyyə Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi