Azərbaycanda sosial problem: insanların gələcəkdə pensiya almaq imkanları xeyli dərəcədə qaranlıqdır - Rəylər
06-09-2021 [15:04]
Rəsmi məlumatlara əsasən, ölkədə 5 milyona yaxın məşğul insan var. İşsizlərin sayı isə 300 mindən bir qədər çox göstərilir.
Bəzi müşahidəçilər hesab edir ki, məşğul insanlardan qalanları (təqribən 3 milyon) işsiz deyilsə, deməli qeyri- rəsmi məşğuldur.
“Azərbaycanda insanların gələcəkdə pensiya almaq imkanları xeyli dərəcədə qaranlıqdır”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu günlər deyib ki,son 3 ildə əmək müqavilələrinin sayında artım var. Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2021-ci il iyulun 1-də ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 min nəfər və ya 0,3 faiz azalaraq 1690,6 min nəfərə düşüb.
Rəsmi məlumatlara əsasən, ölkədə 5 milyona yaxın məşğul insan var. İşsizlərin sayı isə 300 mindən bir qədər çox göstərilir. Bəzi müşahidəçilər hesab edir ki, məşğul insanlardan qalanları (təqribən 3 milyon) işsiz deyilsə, deməli qeyri- rəsmi məşğuldur.
Sadalananlar hökumətin muzdla işləyənləri nədən rəsmiləşdirə bilməməsi və bu insanların gələcəkdə pensiya alıb-almayacağı suallarını doğurur.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc AzadliqRadiosunun bu barədə danışarkən bildirib ki, siyasi mövqeyindən asılı olmayaraq, hər kəs əmək müqavilələrin sayının artmasını təqdir edir. Onun fikrincə, işə götürən və işçi arasında münasibətlərin hüquqi müstəviyəçıxması, təkcə kölgə iqtisadiyyatına, vergidən yayınma hallarına deyil, eləcə də tərəflərin hər birinin sosial vəziyyətinə müsbət təsir edir, əks halda hökumət real iqtisadi gələcəyini formalaşdıra bilmir:
“ Ötən dövrdə Milli Məclisdə parlamentarilər hökuməti məhz inhisarçılıq sahəsində təsirli tədbirlər görməyəçağırarkən, daha çox “ikili mühasibat”lıq kimi xarakterizə edilən, biznes əxlaqına və dövlət intizamına zərbə vuran halların aradan qaldırılmasıüçün təxirəsalınmaz tədbirlər görməsini tələb edirdi”.
Deputat deyir ki, son 3 ildə əmək müqavilələrin 200 mindən çox artması legitim, qanuni və xalq iqtisadiyyatı yaradılması yönündə yaxşı tədbirdir:
“Hərtərəfli iş aparmağı tələb edir”
“Lakin nəzərə alsaq ki, muzdla işləyənlərin ümumi sayı yuvarlaq götürsək, 1.8 milyona yaxındır. Əmək qabiliyyətli əhalinin isə 5.5 milyonluq böyük bir ordunu təşkil etməsi ortada az qala iki dəfəlik fərqin hansı sahələrdə hələ də rəsmiləşmədiyi üzərində hərtərəfli iş aparmağı tələb edir”.
Zahid Oruc vurğulayır ki, ötən il dünya iqtisadiyyatında yaşanan dərin böhrana baxmayaq, bir sıra ölkələrdə, o cümədən Azərbaycanda “əmək müqavilələri”nin sayı artıb. Onun fikrincə, bu, həm də dövlət rəhbərinin ötən il 19 mart tarixli sərəncamı ilə dövlət və özəl sektorda çalışanlara müxtəlif xarakterli yardımların göstərilməsi qərarı ilə birbaşa bağlıdır:
“ Belə ki, əksər işə götürənlər münasibətləri rəsmiləşdirməsələr müəyyən yardımlar ala bilməyəcəklərini dərk edirdilər. Yəni, belə artım yeni iş yerlərinin yaradılması ilə bağlı deyil. Şübhəsiz, özəl sektorda əmək haqlarının vergidən azad olunması yaxşı tədbirdir, bununla belə onların 25 faizə qədər sosial ödəmə yükü qarşısında olması müxtəlif yayınmalara səbəb olur və nəticədə dövlət-vətəndaş duetinin hər ikisi itkiyə məruz qalır.”
Deputat qeyd edib ki, xidmət, ya mülki müqavilələr öz xarakterinə və tənzimlədiyi, əhatə etdiyi hüquqi səlahiyyətlərə görəəmək müqavilələri ilə müqayisə edilə bilməz:
“Yeni proqramlara ehtiyacı var”
“Ona görə də hökumətin postpandemiya dövrü üçün iqtisadiyyatı güclü bərpa və inkişaf relslərinə daşınması üçün yeni proqramlara ehtiyacı var. İşsizliyin arması təkcə sosial gərginliiyə təsir göstərmir, eləcə də onun müxtəlif hüquqi və kriminogen nəticələri də tarixdən hamımıza bəllidir”.
Onun fikrincə, orta və iri investorların ölkədən külli miqdarda vəsaiti çıxarıb qonşu ölkələrə qoyması hamını ciddi narahat etməlidir:
“Bir sıra qanunlarda köklü dəyişikliyiə ehtiyac var”
“Bir sıra qanunlarda köklü dəyişikliyə ehtiyac var. Özəl sektorun enerjiyə, qaza əlçatanlığının artması sahəsində müsbət dəyişikliklər dalğasını davam etdirib onların digər öhdəliklərini azaltmaq yolu ilə ölkədən böyük pul kütləsinin çıxışını minumuma endirmək olar və belədəəmək müqavilələri gerçək iqtisadiyyatın böyüməsinin nəticəsində artacaq”.
Ancaq İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev təəssüflənib ki, Azərbaycanda muzdlu əməkdən kənarda məşğul əhalinin strukturu açıqlanmır:
“Burda ola bilər işə götürən olsun, sahibkar kimi, istehsal kooperativlərinin üzvləri olur, ailə biznesində iştirak edənlər kimi”.
“Dövlət Statistika Komitəsinə dəfələrlə müraciət etsələr də,…”
O, deyir ki, Dövlət Statistika Komitəsinə dəfələrlə müraciət etsələr də, hələ muzdlu əməkdən kənar məşğul əhalinin strukturu haqqında indiyə qədər heç bir məlumat açıqlanmayıb:
“Ona görə də məşğul əhali nə qədərdir, nəylə məşğuldurlar, yəni bu kateqoriya üzrə say bəlli deyil. Ümumiyyətlə, muzdlu işdən kənarda məşğul əhalinin qeydiyyatı nə qədərdir sualı açıq qalıb. Məsələn, onların bir hissəsi sahibkar kimi qeydiyyatdadır, fiziki şəxs sahibkar kimi müraciət edib VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) alıb. Dövlət Statistika Komitəsi onların sayını 1 milyondan çox göstərib.”
İqtisadçının vurğulamasına görə, amma pandemiyanın ilkin dövründə məlum olub ki, faktiki fəaliyyət göstərən 280-300 min nəfərdir:
“Digərləri VÖEN alsa da, fəaliyyət göstərə bilmir. Kənd təsərrüfatında məşğul əhaliyə gəlincə, torpağı olan hər kəsin məşğul əhali sayılması nə dərəcədə doğru yanaşma olması problemi zaman-zaman qaldırılır. Bütün hallarda Azərbaycanda məşğul əhali statistikası çox problemlidir”.
Azər Mehtiyev əmək müqavilələrinin sayının artması barədə Sahib Babayevin açıqlamasını belə şərh edib:
“Məsələ ondadır ki, rəsmilər əmək müqaviləsi deyəndə, yalnız muzdlu işçiləri nəzərdə tutmur. Muzdlu işçidən əlavə müəyyən layihələr çərçivəsində 3-4 ay müqavilə əsasında iş görənlər də var ki, bunun hesabına artım baş verir”.
Ancaq iqtisadçı bildirir ki, muzdlu işçi olmaq özü belə pensiyaya çıxmaq zəmanəti vermir:
“O yığım fonduna nail olmalıdır ki, pensiyaya çıxa bilsin”
“Ona görə ki, pensiyaya çıxmaq üçün hətta muzdlu işçilərin özlərinə də müəyyən yığım fondunun həcmi qoyulub. O yığım fonduna nail olmalıdır ki, pensiyaya çıxa bilsin. Həmin məbləğ həll olunmasa, hətta əmək müqaviləsi olan şəxslər də yığım kapitalını toplaya bilməsələr də, onlar sosial pensiyaya çıxacaqlar. Bu baxımdan Azərbaycanda insanların gələcəkdə pensiya almaq imkanları xeyli dərəcədə qaranlıqdır”.
Yazıda qaldırılan suallara, hələlik, Dövlət Statistika Komitəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümükn olmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi