Azərbaycanda siqaretlər 25 faiz ucuzlaşdı

img

10-02-2014 [16:05]


Azərbaycanda bir müddət əvvəl 20 qəpiyə kimi bahalaşan bəzi siqaret markaları yenidən ucuzlaşıb. Modern.az saytının apardığı araşdırmalar zamanı məlum olub ki, fevralın 9-dan etibarən Rusiya istehsalı olan və Azərbaycana idxal edilən siqaretlər 40 qəpik ucuzlaşıb.

Bəzi ekspertlər isə hesab edir ki, qiymətində ucuzlaşma baş verən siqaretlər keyfiyyətsiz siqaretlərdir. Onların sözlərinə görə, həmin növ tütün məhsulları az satıldığından şirkət qiyməti aşağı salmaqla bu siqaret növlərinin satışını stimullaşdırmaq istəyirlər.

Məsələn, Rusiya istehsalı olan "Vest” siqaretləri dünəndək Bakı dükanlarında 1 manat 40 qəpiyə satılırdısa, bu gündən 80 qəpik olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA