Valyuta bazarında qeyri-müəyyənlik: "Əhalinin onsuz da o qədər pulu yoxdur ki..."
13-08-2021 [12:19]
Azərbaycanda valyuta alqı-satqısı demək olar ki, bankların nəzarətindədir.
Mia.az Report-a istinadla xəbər verir ki, indiyə qədər Azərbaycan Mərkəzi Bankı (AMB) banklarda başqa cəmi 1 şirkətə - "Eliko" MMC-yə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verib.
Şirkət VMF-1 saylı lisenziyanı ötən il sentyabrın 23-də alıb və hazırda Bakıda valyuta alqı-satqısı ilə məşğuldur.
"Valyutadəyişmə məntəqələrinə dair tələblər mühafizəkardır"
AMB-nin sədri Elman Rüstəmov o vaxt bildirmişdi ki, valyutadəyişmə məntəqələrinə dair tələblər mühafizəkardır: "Şərtlərə cavab vermək mühümdür. Bankların valyutadəyişmə məntəqələri bank qanunvericiliyi və banklara qarşı kapital tələbləri əsasında fəaliyyət göstərir. Qeyri-bank təşkilatlarının isə valyuta mübadiləsi əməliyyatları aparmalarına dair tələblər obyektiv olaraq mühafizəkardır. Biz hər bir müraciəti obyektiv qiymətləndiririk. Əgər onlar qanunvericiliyin tələbinə uyğun şəkildə verilibsə, burada heç bir məhdudiyyət yoxdur. Əgər müraciətlər qanunvericiliyə uyğundursa, biz lisenziyalaşdırmanı davam etdirəcəyik".
"Valyutadəyişmə məntəqələri valyutanı hardan alacaqlar?"
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, Azərbaycanda valyuta dəyişmə məntəqələrinin açılmasına marağın aşağı olması ilk növbədə onunla bağlıdır ki, həmin sahibkarlar müəyyən kapitala malik olmalı və banklarda depozit saxlamalıdır: "Bunun özü sahibkarlar üçün müəyyən mənada yükdür. Çünki pulunu bankda elə-belə saxlayırsan və heç nə qazanmırsan.
İkinci səbəb odur ki, valyuta dəyişmə əməliyyatlarına maraq azdır. Çünki əhalinin koronavirus (COVID-19) pandemiyası və digər səbəblərdən onsuz da o qədər pulu yoxdur ki, getsin valyuta alsın. Yəni, bu sahə elə də gəlirli deyil.
Üçüncü səbəb odur ki, valyuta dəyişmə məntəqələri üçün valyutanı əldə etmək elə də asan məsələ deyil. Onlar valyutanı haradan alacaqlar? Banklardan. Bu dəqiqə banklar yalnız günün I yarısında valyuta satırlar və hamının 20 min manatlıq limiti var. Belə bir məhdudiyyətin olması valyuta dəyişmə əməliyyatları ilə məşğul olan sahibkar üçün qeyri-müəyyənlikdir. O bilir ki, belə bir halla üzləşəcək və ola bilsin ki, gəlir götürməsin.
Və nəhayət, bu valyutadəyişmə məntəqəsi üçün AMB-dən icazə alınmalıdır və bu da asan məsələ deyil. Hətta banklar filial açanda belə icazəni asanlıqla ala bilmirlər. Bu da onla bağlıdır ki, Azərbaycanda bir neçə il əvvəl "Lisenziyalar və icazələr" haqqında qanun qəbul olunub və o qanuna görə bütün lisenziya və icazələri İqtisadiyyat Nazirliyi verir. Tikinti də daxil olmaqla istənilən sahədə tam şəffaf və ədalətli qaydada bu proses həyata keçirilir. Amma maliyyə sektorunda icazə və lisenziyaları yenə də AMB verir (qanunda maliyyə bazarları istisna hal kimi qeyd edilib), amma bu, asan deyil".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi