Tovuzda kartofa xəstəlik düşüb: "Bu xəstəlik dərmandandır..." - Fermerlər çarəsiz vəziyyətə düşüblər (FOTOLAR)
04-08-2021 [12:00]
Tovuz rayonunda əkilmiş kartofa nadir xəstəlik düşüb.
Mia.az xəbər verir ki bu barədə "Report"un Qərb Mərkəzinə yerli fermerlər məlumat verib.
Onların sözlərinə görə, bu il bol məhsul yığsalar da, onun 30-40 %-i xəstəliyə görə xarab olub. Əvvəlki mövsümlərdə müşahidə edilməmiş bu xəstəlik kartofun bir hissəsini qaraldaraq çürüdür və tullantıya çevirir. Odur ki, sahibkarlar başa çatmaqda olan kartof mövsümünü ziyanla başa vurublar.
Fermer Mehdiyev Nizami deyir ki, icarəyə götürdüyü torpaqda kartof əkib, lakin yığıma hazır olan məhsulun xeyli hissəsinə xəstəlik düşüb: "Demək olar ki, bu ərazilərdə kartof əkənlərin 80 %-i bu problemlə rastlaşıb. Kartofda olan bu xəstəliyin səbəbini dəqiq bilmirik. Heç bu barədə bizə mütəxəssislər də dəqiq məlumat verə bilmirlər. Tutaq ki, bildik xəstəlik haradan və necə düşüb?! Bunun nə faydası var. Hazırda kartofu alan da yoxdur. Qiymət 30 qəpiyə düşüb, lakin kimsə yaxın gəlmir. Belə kartofu anbarda saxlamaq da mümkün deyil, qaldıqca daha da xarab olur və təmiz məhsulu da korlayır".
Sahibkar Vilayət Cəlilov isə deyir ki, xəstəliyin səbəbi kartof sahələrinə ziyanverici həşaratlara qarşı verilən dərmanların keyfiyyətsiz olmasıdır: "Xəstəliyə görə kartofu vaxtından əvvəl yığmağa məcbur olduq. Mənə elə gəlir ki, bu xəstəlik dərmandandır. Bu il kartofa "danadişi" əleyhinə dərman vurduq. Həmin dərmanın keyfiyyətsiz olmasına görə kartofa belə bir xəstəlik düşüb. Kartof qaldıqca xarab olur, saxlaya bilmirik, məcburi salamat qalan məhsulu dəyərindən aşağı qiymətə satırıq. Bu sahədə 30 nəfər çalışır, onların əmək haqqı ödənilməlidir. Baxıram ki, onların pulunu da ödədikdən sonra mövsümü xeyli ziyanla başa vuracağıq".
Yerli sakin Xəyal Hüseynov isə bildirib ki, xarab olmuş kartofu mal-qaraya yem olaraq verilməsi məqsədi ilə 5-6 qəpiyə satsalar da, alan tapılmır: "80 sot torpağım var, hamısına kartof əkmişəm. Məhsul boldur, lakin gördüyünüz kimi xəstəlik düşüb. Xəstəliyin dərmandan düşdüyünü ehtimal edirik. Demək olar ki, məhsulun yarı hissəsinə xəstəlik düşüb. Qaldıqca daha da xarab olur deyə anbarlarada da saxlaya bilmirik, məcburi satırıq. Satış qiyməti də 25-30 qəpikdir, bu da çəkilən xərci belə çıxarmır. Məncə dərman keyfiyyətsiz olub ki, kartofa xəstəlik düşüb".
Xəstəlik Tovuzun aran torpaqları olan Düz Qırıqlı, Quşçu, Dönük Qırıqlı kəndlərində və Qovlar şəhəri ərazisində əkilmiş kartofların əksər hissəsinə düşüb. Dağ kəndlərində isə kartof yığımına başlanılmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi