Təhsil Nazirliyinin nəzdində yeni "pullu" idarə yaradıldı

img

03-02-2014 [17:29]


Azərbaycan Nazirlər Kabineti (NK) Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin yaradılması haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin bazasında Əsaslı Tikinti və Təchizat İdarəsi yaradılıb. NK-nın 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilib. Həmin siyahıda "Təsərrüfathesablı təşkilatlar" bölməsinin 1-ci hissəsində "Əsaslı Tikinti İdarəsi" sözləri "Əsaslı Tikinti və Təchizat İdarəsi" sözləri ilə əvəz edilib. - See more at: http://axar.az/news/8050#sthash.ui5FJMjO.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA