Kolbasada “bağırsaq çöpü” aşkarlandı

img

03-02-2014 [15:07]


Kolbasada " bağırsaq çöpü” aşkarlanıb.Bu barədə Bakupost.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

O, bildirib ki, yanvar ayı ərzində mağazalarda satışa çıxarılan kolbasa məhsulları laborator müayinələrdən keçirilib: "Müayinə zamanı 100-dən çox nümunə yoxlanılıb. Bir nümunədə bakteriyayla çirklənmə aşkarlanıb. Hələlik hansı firmanın məhsulu olduğunu açıqlaya bilmərik. Çünki sabahdan etibarən təkrar yoxlama aparılacaq. Laborator müayinə təkrar nəticə əldə edərsə, ictimaiyyətə ətraflı məlumat veriləcək. O zaman məhsulun hansı firmaya aid olduğu da açıqlanacaq”.

RGEM-in şöbə müdiri yaxın günlərdə süd məhsullarının yoxlanılmasına başlayacaqlarını da bildirib: "Fevral ayı ərzində müxtəlif çeşidli süd məhsullarının laborator müayinələri aparılacaq. Bu siyahıya xama, yoqurt, qatıq, pendir və s. süd məhsulları daxildir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA