Millət vəkili icra başçılarını tənqid etdi

img

03-02-2014 [12:43]


Millət vəkili Elmira Axundova ötən həftə Heydər Əliyev prospektində uçan bina ilə bağlı parlamentdə bu gün çıxış edib.

"Qafqazinfo" xəbər verir ki, xanım millət vəkili bu hadisələrə çox üzüldüyünü deyib: "Heydər Əliyev prospektində binanın uçması iki nəfər gəncin ölümünə səbəb oldu. Tikintidə bədbəxt hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarının pozulmasına görə baş verir. Binalara qoruyucu örtük salmırlar. Bizim təkliflərimizə icra hakimiyyəti orqanları laqeyd yanaşır. Binanın üstünə qalın örtük asılmalı idi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA