DƏVƏ NOXTASI EŞŞƏK QUYRUĞUNA BAĞLANANDA...
25-07-2021 [11:12]
Elxan ŞÜKÜRLÜ
***
Azərbaycan dramaturgiyasının banisi, böyük maarifçi Mirzə Fətəli Axundovun günümüzün reallıqlarıyla səsləşən çox gözəl bir fikri var: “Hünər və ləyaqəti olmadan yüksək dərəcələrə çatmaq heç də şərafət deyil, həqarət və rəzalətdir”.
Bəli, hünər və ləyaqət hissi hər kəsdə olmur. Heç hər kəsdən hünər və ləyaqət gözləmək də doğru deyil. Bu, kökə, genə, tərbiyəyə, yaşadığın həyat tərzinə bağlı bir keyfiyyətdir və dərəcəsi də daha çox kritik anlardakı davranışlarda üzə çıxar, onda həqiqi qiymətini alar.
Sən cəsarət və ləyaqət libasına bürünüb, özünü xalqa böyük şərafət və mövqe sahibi kimi sırıya bilərsən, ancaq gerçək hünər və ləyaqət göstərməyin gərəkli olduğu anda bircə qorxaq və ləyaqətsiz davranışın elə həmin andaca səni tamamilə gözdən salıb kütləvi qınaq və həqarət altına itələyə, rəzil və miskin duruma salar; elə alçalarsan ki, daha heç vaxt alçaqlıqdan çıxa bilməzsən, adını da dəyişib elə “Alçaq” qoyarlar!
Necə ki, uzun illərdir, biz Azərbaycan cəmiyyətində, xüsusən də siyasi səhnəmizdə və mətbuatımızda məhz bunu müşahidə edirik – ləyaqətsizləri və qorxaqları, mənəvi baxımdan sınmış və tükənmişləri dartıb başımıza çıxarıb onları yüksək şərafət, mərifət, mövqe sahibləri, parlaq ziyalılar kimi millətə sırıyır, onlarsa kritik anlardakı rəzil və alçaq davranışlarıyla diyirlənib, yuvarlanıb öz həqiqi yerlərinə-yuvalarına düşür, zibil böcəyitək ancaq çirkabda rahatlıq tapırlar.
Hər kəs elə əvvəldən öz yerində olsaydı, nə gözəl olardı, deyilmi?!
Təəssüf ki, illərdir bu ölkə yerində olmayanların hər yerə qoyulmasının, zorla hər yerə pərçimlənməsinin, dürtüşdürülməsinin yaratdığı dəngəsizliyin, dayanıqsızlığın əziyyətini çəkir! Hər sektorda nə qədər noxtası eşşək quyruğuna bağlanmış dəvəmiz var, bir bilsəniz!
Heç nə yox, məhz budur əsas problemlərmizin qaynağı, dostlar, əmin olun, məhz bu!
Uzağa getməyin, baxın, Azərbaycan mətbuatının halına, durumuna, "qələm əhli", "baş redaktor" deyib də millətə sırıdıqlarımızın davranışlarına, bugünlərdə yaşanan olaylara!
İndiki mətbuatımızın ögey anası - Əli Həsənovun 25 ildə başına daş salıb sonda özünə oxşada bildiyi, öz boyuna biçib yetişdirdiyi Azərbaycan mətbuatının gerçək mənzərəsi hələ heç vaxt indiki kimi aydın görünməmişdi - mağmın, miskin, dişsiz, rəzil və rüsvayçı!
Düzdür, burdakı eşşəklərimiz müqayisədə digərlərindən elə də tərs və çox deyil, ancaq heç vaxt bu qədəri açılıb önə də bağlanmamışdı!
Heç bu qədər zir-zibil, tullantı da bu sektora belə atılmamışdı! İndi gələn bircə dalğa, görün, sahilə nə qədər zir-zibil çıxarıb?! Yığıb qurtarmaq olmaz ki...
Əmin olun, indi bu ögey ana - Əli Həsənov kənardan "övladlarına" baxıb qımışır, o bulaşıq, çirkli əllərini bir-birinə sürtərək sevinir. Bilirsiniz, niyə? Çünki yerinə gələn qorxaq “qırmızışalvar, şanapipik şəhər uşaqları” onun özünə oxşatdığı bu dələduz mətbuatla bacarmır, burdakı zir-zibili, üfunəti təmizləyə bilmir və çıxış yolunu da ya onun etdiklərini olduğu kimi təkrarlamaqda, ya da qorxaqcasına məsuliyyəti öz üzərlərindən atmaqda görürlər. Özü də çox ləyaqətsiz formada!
Baxın, səmimi olmaq, çıxıb hər şeyi dopdoğruca, çılpaqlığıyla demək əvəzinə, əlihəsənovsayağı oyunbazlıqla məşğuldurlar! Guya, şəhid və qazi ailələrini düşünən olublar! Yalançının lap...!
"Vətənpərvərlik yaramazların son sığınacağıdır" deyiləndə, inanın, elə məhz belələri nəzərdə tutulub!
Belə oyunbazlıqlarla Əli Həsənov nə qazandı, nə apardı ki, siz də onu təkrarlayırsınız, ay bədbəxtlər! Görməmişcəsinə yığdıqlarını indi burnundan tökmürlərmi?! O öyündüyü “dəmir qapı”sı hər taqqıldayanda xəstə ürəyi cərrahiyyə masasında titrədiyitək təzədən sürətlə titrəməyə, çırpınmağa başlamırmı?! Adam neçə dəfə ölüb-dirilər?!
Bəs, niyə nəticə çıxarmırsınız o gözü çıxan qardaşınızın halından?! Oyunbazlığa, hoqqabazlığa, yalançı ssenarilərə, şouya nə ehtiyac?
Çıxıb, adam kimi, bircə kəlmə deyərdiniz ki, ədalətli bölgü aparmağa qorxur, cəsarətiniz çatmır, bunu bacarmırsınız, o səbəbdən bu məsuliyyətin altına girmək istəmir və evləri jurnalistlərə paylamırsınız, bina bütövlükdə dövlətin özünə qaytarılır, vəssalam.
Daha şəhid və qazi adlarının altında gizlənib bu eşşək quyruğuna bağladığınız sürünü - jurnalistləri niyə üz-üzə, göz-gözə qoyur, qruplaşdırıb bir-birinə düşmən edir, qırdırırsınız?! Azdır düşməniniz?!
Axı, peşə və həmkar təəssübü çəkmək, düşərgə, səngər yoldaşını düşünmək və onun maraqlarını qorumaq da bir qeyrət və ləyaqət işidir! İndi bunlarda yoxdur bu ləyaqət hissi, qoy, sizdə olsun! Niyə bu jurnalistlərə bu ləyaqətsizliyə imza atdırırsınız?! Sındırılmış və alçaldılmışları bu qədər sındırmaq və alçaltmaqdan nə zövq, nə həzz alırsınız?! Budurmu sizin media islahatınız, media inqilabınız?!
Budursa, o içiboş başınıza dəysin!
Mia.az
PENTAQON RƏHBƏRİ DÖVLƏT BAŞÇISINI ÖLKƏSİNDƏ TƏHDİD ETDİ: "Panama kanalını Çinin təsirindən çıxaracağıq"
Naxçıvan şəhərində uzunömürlü Xan çinarlar əkilir
Söhbət teatrdan gedirsə... - Bədii rəhbərin qurduğu “tamaşalar”
TRAMP DÜNYANI YENİDƏN SİLKƏLƏDİ - Geri çəkilməyən Çinə 104 faizlik əlavə vergi yükü tətbiq olunacaq
Xanlar Vəliyevin qızı yüksək vəzifəyə təyinat alıb
"Microsoft" rəhbbərliyi iki işçisini qovdu - Tədbirdəki etiraza görə
Myanmada zəlzələdə ölənlərin sayı 3645-ə çatıb
Azərbaycan Ordusu real döyüş şəraitinə uyğun təlimdə - VİDEO
İstanbulda aksiyaya qatılan 819 nəfərə iddia qaldırılıb - 10 nəfər axtarışa verilib
Xanlar Vəliyev yeni vəzifəyə gedir: Ölkənin hərbi prokuroru dəyişir - Baş Prokurorluqda vida tədbiri oldu (FOTOLAR, YENİLƏNİB)
"Beşiktaş"in ii oyunçusu növbəti matçda forma geyinməyəcək
Sabah Bakının bu küçələrin qaz təchizatı dayandırılacaq
Sumqayıtda şadlıq evinin fəaliyyəti dayandırılıb - VİDEO
Sabah meteohəssas insanlarda narahatlıq yarana bilər
Saleh Səmədov: "Məni həmişə yalnız bir prinsip düşündürür..." - "Zonamızda Xüsusi Nümayəndəliyin yaradılması gözlənilir" (MÜSAHİBƏ)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Vilayət Eyvazov Şəkidə vətəndaşları qəbul edib - VİDEO
Sabah hava şəraiti dəyişəcək - Xəbərdarlıq
GENERAL və SABİQ RƏİSLƏR HAKİM QARŞISINDA - 2 milyon hara xərclənib?
Ali Məhkəmə işdən azad olunma ilə bağlı mübahisəli vəziyyətə dair vahid qərar verdi: "Xəbərdarlıq müddəti gözlənilməlidir"
Əməkdar artist: "O pul mənə heç bir günə bəs etmir"
GİZLİ ÇƏKİLİŞ VƏ BİR-BİRİNİN ARDINCA TORA SALINAN QADINLAR... - Hərbçinin Kürdəmirdəki iyrənc şantaj əməllərinin TƏFƏRRÜATI
Çempionlar Liqasında 1/4 final: "Real" “Arsenal”la, “İnter” isə “Bavariya” ilə gücünü sınayacaq
ABŞ Yəmənin müxtəlif şəhərlərinə daha 22 hücum həyata keçirib - Husilər açqlama yaydı
Müğənni Səidə ana olmaq istəmir: "Bu cəmiyyət, zəmanə..."
Xalq artistini döyüblər? - "Bayaqdan hər kəs məni yığır"
Prezident İlham Əliyev iranlı naziri qəbul edib - FOTO (YENİLƏNİB)
Ağır yaralanan jurnalistlərdən daha biri ölüb
Ankarada iş yerindən 100 sənədsiz silah ələ keçirildi - FOTO
Prezident Ərdoğan CHP liderini məhkəməyə verdi - 500 min tələb edir
"Azdrama"da əlbəyaxa dava: xalq artistinə kimlər hücum edib? - Prokurorluğa şikayət olunub, rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Prezident İlham Əliyev onu təltif edib - Sərəncam
Sabah intensiv yağış yağacaq
Kanada ABŞ-dan ÜTT-yə şikayət edib
Xankəndidə VII ADA Siyasi Forumu öz işinə başlayıb
“İynə” satirik jurnalının baş redaktoru və redaktoru saxlanıldı
GÖMRÜKDƏ ƏMƏLİYYAT: 3 nəfər həbs olunub, bir nəfər isə... - İKİ QURUM BİRGƏ MƏLUMAT YAYDI
Nazir elmi institutları səmərəsiz saydı: "Əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur"
Bir neçə liseyə I sinfə qəbul imtahanla olmayacaq