Əflatun Amaşov yazır: "Ev verilən jurnalistlər arasında dövlətə və cəmiyyətə xeyir baxımından Etibar Əliyevdən daha üstün simalar var"
18-07-2021 [17:29]
Əflatun AMAŞOV,
Mətbuat Şurasının sədri
***
Diqqət edirəm, Milli Məclisin deputatı, Azərbaycan cəmiyyətinin təhsil eksperti kimi tanıdığı Etibar Əliyevin jurnalistlər üçün tikilmiş üçüncü binanın şəhid ailələrinə verilməsinə dair fikri ətrafında kifayət qədər ciddi müzakirələr gedir.
Yəni mən daha çox onun söylədiyinin doğurduğu səs-küyün müzakirə tərəfini görmək istədiyimdən, digər halları, o cümlədən bilavasitə deputata ünvanlanmış nalayiq ifadələri, təhqirləri bir kənara qoyuram. Hərçənd belə hallar da nəzərimdən yayınmır və deyə bilmərəm ki, vəziyyətin bu şəkil alması kimin günahıdır - Etibar Əliyevin, yoxsa onu hədəf seçənlərin? Hər bir halda ortada xoşagəlməz mənzərə var. O mənzərə ki, yaranmaya da bilərdi...
Əvvəla nəzərə alaq ki, jurnalistlər üçün binaların inşası Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə həyata keçirilmiş aksiyadır. Yəni konkret təyinat var. Bu, dövlətimizin mediaya yönəlmiş sosial tədbiridir. Eyni sosial tədbir müxtəlif peşə sahiblərinə də ünvanlanır. Dövlətin şəhid ailələri, müharibə veteranları ilə bağlı fəaliyyəti həyata keçirilməyə başlananda jurnalistlər üçün binanın inşası yalnız xəyal idi.
Bir az keçmişə qayıdım. Gənc həmkarım Elşad Eyvazlı başda olmaqla bir qrup jurnalist mənzil-tikinti kooperativi ideyası ilə çıxış edirdi. Onlar istəyirdilər ki, jurnalistlər güzəştli şərtlərlə mənzil sahibi olsunlar. Həmin vaxt Mətbuat Şurasında mövcud istiqamətdə müzakirələr getdi. O da yadımdadır ki, dövlət qurumları ilə danışdıq, bina tikintisi üçün müxtəlif məkanlara baxdıq. Hətta təklif edilən bir yerdə qaçqınların məskunlaşdıqlarını gördük. Onların oradan uzaqlaşdırılması və sair məsələlərin problem yarada biləcəyini düşünərək ərazidən imtina etdik ki, jurnalistlərə görə qaçqınları evlərindən çıxarırlar kimi polemikalar baş qaldırmasın. Nəzərə alaq ki, həmin vaxt məcburi köçkünlər üçün indiki kimi evlər və mənzillər inşa edilmirdi.
Tədricən ölkəmizin iqtisadi potensialı artdı və bunun nəticəsində nəinki qaçqın və məcburi köçkünlərin, eləcə də şəhid ailələri və müharibə veteranlarının sosial təminatı, o cümlədən rahat mənzillərlə təminatı işində böyük dinamizm müşahidə edildi. Bəli, dövlətimizin imkanlarının genişlənməsi ilə media da onun sosial tədbirlərinin hədəfinə çevrildi. Çünki Azərbaycan dövləti üçün jurnalistika prioritet sahədir və bu istiqamətdə çalışanların sosial sıxıntılarını maksimum dərəcədə azaltmaq lazım idi.
Yaxşı yadımdadır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2010-cu ildə Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Mətbuat Şurasının yeni binasının açılışında iştirak etdi, Şuranın İdarə Heyətinin üzvləri ilə görüşdü. Dövlət başçımız həmişə olduğu kimi, jurnalistlərin çətinlikləri ilə də maraqlandı. Ona bir çox həmkarımızın evsiz olduğunu, kirayədə yaşadığını bildirəndə məsələyə olduqca həssas yanaşdı və elə həmin gün jurnalistlərə mənzil tikintisini nəzərdə tutan sərəncam imzaladı. Yenə də deyim, o vaxtadək biz bir neçə güzəştli variant üzərində düşünürdük. Amma Prezident belə demək mümkünsə, inqilabi addım atdı. Sözüm ondadır ki, jurnalistlər üçün bina tikintisi birbaşa dövlət başçısının ideyası idi.
Bəli, mənzillərin bölgüsündəki xoşagəlməz hallar da ciddi müzakirə predmetinə çevrilməkdədir. Müzakirə olunmalıdır ki, gələcəkdə neqativ hallar təkrarlanmasın. Amma gəlin görək, jurnalistlərin mənzillə təminatından nə qədər həmkarımız faydalandı. Onların içərisində elələri var idi ki, illərdir ömrünü kirayədə keçirmişdi, illərdir sığındığı darısqal mənzildə ümüdsüzlüyə qapılmışdı. Mənzil şəraitindən övladını evləndirə bilməyənlər yetərincəydi. Etibar Əliyev deyir ki, hazırda 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki 2 otaqlı mənzildə yaşayır. Bir növ, mənzil şəraitindən gileylənir də demək mümkündür. Buna bir sözüm yoxdur, Allah köməyi olsun, Allah ona də ürəyi istəyən mənzil şəraiti nəsib etsin. Amma illərini peşəsinə sərf etmiş bir jurnalist dövlətin dəstəyi nəticəsində E.Əliyevdən daha rahat mənzil şəraitinə sahib olacaqsa, bunun nəyi pis ola bilər?
Hərənin öz işində faydalı olması prinsipi əsas götürülürsə, fikrimcə, jurnalistlər üçün inşa edilmiş həm birinci, həm ikinci binadan mənzil sahibinə çevrilənlər sırasında dövlətə və cəmiyyətə xeyir baxımından E.Əliyevdən daha üstün simalar var. Hörmətli deputatımız isə elə fon yaradır ki, sanki o binalardan mənzil sahibi olanların, orada yaşayanların heç biri layiqli deyil və buna görə də üçüncü bina jurnalistlərə verilməməlidir. Bu yanaşma yumşaq desəm, düzgün deyil.
Sonda bir məqamı da qeyd edim. Jurnalistika dövlətimiz üçün strateji sahədir. Bunu biz 44 günlük Vətən Müharibəsi dönəmində də yaxından gördük. Əlbəttə, mediamızın problemləri var və onların aradan qaldırılması istiqamətində yetərincə işlər görülür, görüləcək də. Bu işlərə dəstək baxımından hörmətli Etibar Əliyev geniş imkanlara malikdir. Milli Məclisin deputatıdır. Buna görə də ona parlamentin tribunasından medianın inkişafına yönələn ciddi, fundamental səciyyə daşıyan təkliflər səsləndirərək gündəmə gəlməyi arzulayıram. Elə bilirəm, bu, təkcə mənim deyil, hazırda E.Əliyevi tənqid edənlərin də istəyidir. Ümüd edirəm ki, arzumuz gözümüzdə qalmaz.
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər