Dastana dönən şəhidimiz XUDAYAR YUSİFZADƏ... - VİDEO/FOTOLAR
15-07-2021 [15:09]
Nübar Abbaslı,
YAP Qaradağ rayon təşkilatının məsləhətçisi
***
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi XUDAYAR YUSİFZADƏnin cənnətdəki ilk doğum günüdür
Ehtiramla xatırlayaq.
Ruhu şad olsun.
Xudayar Müslüm oğlu Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Rada Yusifzadə isə evdar xanım idi.
Ailədə dörd uşaq olublar — üç qardaş və bir bacı. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası vəfat edib.
Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır.
Subay idi...
Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət efib və "gizir" hərbi rütbəsi almışdır.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olmuşdur. O, Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Xudayar Yusifzadə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra), Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Zəngilanın azad olunmasına görə" medalı (ölümündən sonra) ilə təltif edilmişdir
Xudayar Yusifzadə şəhadətindən 2 gün əvvəl ağır döyüşdən sonra döyüş yoldaşlarıyla istirahət edərkən ustad xanəndə, Azərbaycanın Xalq artisti Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi mahnını ifa edib və bunu telefon vasitəsilə lentə almışdır. Həmin video qısa müddət ərzində sosial şəbəkələrdə trendə çevrilmişdir. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət almış və Xudayar Yusifzadə qısa müddət ərzində fenomenə çevrilmişdir.
Bu gün Əlibaba Məmmədovun Əlağa Vahidin sözlərinə bəstələdiyi "Vətən yaxşıdır" mahnısı dillər əzbərinə çevrilmişdir. Gülərüzlü Şəhidimiz Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının giziri, II Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında bu mahnını dinlədikdən sonra Xalq artisti Əlibaba Məmmədov "halal olsun, canından keçib, qanından keçib. min dəfə halaldı " deyib mahnının "Xudayar təsnifi " adlandırılmasına xeyir dua vermişdir.
Xudayar Yusifzadənin ən böyük arzusu Qarabağın dilbər guşəsi olan Şuşanı görmək idi. Xudayar Yusifzadə Şuşanın alındığı günü görməsə də, onun əziz dostları, cəsur qardaşları igid oğlumuzun bu arzusunu gerçəkləşdirdi.
Bu gün Şuşaya sancılan uçrəngli bayrağımızda onun da al qanının izi var.
Ruhun şad olsun, əziz qardaşımız!
Sizi bu torpaq, bu el-oba, bu xalq heç vaxt unutmayacaq.
Nə qəzər ki, Azərbaycan deyilən bir məmləkət var, Siz də yaşayacaqsınız!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər