Azərbaycanda min manata alça satılır

img

28-01-2014 [22:49]


Azərbaycan bazarlarinda alçanın qiyməti fantastik həddə çatıb. Bununla bağlı xəbəri "Axar.az”ın bazarlardan reportaj hazırlayan müxbiri verib. Bir neçə bazarda aparılan müşahidələrdən məlum olub ki, bu günlər alçanın bir kilosu bazarlarımızda 900-dən 1000 manata qədərdir.

Bakının "Bazarstore” super marketlərinin ikisində alçanın dənəsi 7 manatdır. Bildirək ki, alça kilo ilə qiymətləndirilsə də, ədəd-ədəd satılır.
"Bazarstore” satıcısının dediyinə görə, alçanın bu qədər bahalı olmasının səbəbi onun qışa qədər saxlanma şəraitinin çətinliyi ilə bağlıdır. Mövsüm vaxtı alçanın kilosunu 4 manata alan alıcılar onu xüsusi soyuducularda saxlayıb, qışda satışa çıxardırlar. Bir ton alçadan çox hissəsi saxlanma müddətində xarab oluduğu üçün yalnız məhsulun az miqdarı satışa çıxarıla bilir. Nəzərinizə çatdıraq ki, "Bazarstore” marketlər şəbəkəsindən başqa digər marketlərdə alça demək olar ki, satılmır.
Nəsimi bazarında isə gördüyümüz qiymət daha da təəccüb doğurur. Burda satıcı alçanın dənəsini 15 manata təklif edir.
Məhsulun qiyməti isə digər meyvələrdən fərqli olaraq nə "Bazarstore” marketlər şəbəkəsində, nə də "Nəsimi” bazarında göstərilir.
Bir məsləni də xüsusi vurğulayaq ki, sadalanan obyektlərdə alça "piştaxta altından” satılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA