”İcra hakimiyyəti rəhbərlərinin mühakiməsi məhkəmə sistemi üçün də sınaqdır” - Zahid Oruc yazır
02-07-2021 [14:48]
Zahid ORUC,
Millət vəkili
***
Müxtəlif qanunsuz əməllərə görə son iki ildə həbs edilən İcra Hakimiyyəti başçılarının məhkəmə prosesi başlayır.
Əlbəttə, parlament istintaq və mühakimə orqanı deyil, lakin prezident İlham Əliyevin 2019-cu ildə geniş miqyas alan yeni hakimiyyət quruculuğu siyasətinin təkcə məmur-vətəndaş münasibətlərinə deyil, eləcə də bütövlükdə idarəçiliyə yeni nəfəs və tələblər gətirdiyini, dövlət büdcəsinin səmərəsiz xərclənməsinə, əksər hallarda mənimsənilməsinə son qoymaq və yerli iqtisadi aktivliyi buxovlayan korrupsiyanın, süründürməçi bürokratiyanın ləğvi məqsədinə xidmət etdiyini xüsusi vurğulamalıyıq. Müstəqil dövlətçilik tariximizdə müqayisəsi olmayan sayda mərkəzi və yerli hakimiyyət nümayəndələrinin mühakiməsi böyük ictimai diqqət qazanmaqla məhkəmə sisteminin özü üçün də mühüm sınaqdır. Hakimlərin dövlət və xalq qarşısında düzgün və qanuni qərarları yeni Konstitusion islahatlar üçün əsas ola bilər. Ona görə də biz sıradan, adi cinayət hadisələrini deyil, 21-ci əsrdə bir millətin müstəqil yaşamaq, özünə idarətemə orqanları formalaşdırmaq qabliyyətini sübuta yetirən və gələcək kadr quruculuğuna birbaşa təsir göstərən xalq mühakiməsindən danışırıq.
Qanun qarşısında hamının bərabərliyini təmin etmək, yalnız sadə vətəndaşların, yaxud kiçik və orta rütbəli məmurların deyil, özünü toxunulmaz sayanların üzərində də qanunün gücünü nümayiş etdirmək, ən başlıcası, dövlətin ədalətinə ictimai inamı qoruyub saxlamaq Prezidentin yeni siyasətinin ana xəttini təşkil edir.Dövlət başçısının hiddətinə səbəb olan silsilə cinayətlərə özünün reaksiyası çox sərt olmuşdu: Sitat: “Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar cavab verəcəklər”. Diqqət edirsinizsə, ölkə rəhbərinin təkcə yerin qanunlarına deyil, həm də mənəvi, ilahi qaydaları ayaqlar altına atanlara qarşı qəzəbənin əsası var.Bütün təyinatları xalqın gözü qarşısında həyata keçirən lider güzəşt limitinin bitdiyini bəyan edir və məmur cinaətlərini sistemin, bütövlükdə hakimiyyətin üzərinə atmaq istəyənlərin qarşısına güclü siyasi iradə qoyur.Bəli, dövlət mükafatlandıranda da, cəza siyasətində də ədalətli olması mühüm şərtdir.
Xatırladaq ki, 8 icra hakimiyyəti başçısının keçmişdə rəhbərlik etdikləri rayonların əhalisi 1 milyon 100 min nəfərdən çoxdur.Ağstafadan Bilsəvura, Şəmkirdən Cəlilabadadək hər biri böyük iqtisadi və sənaye potensialına, eləcə də qurucu, fədakar və dövlətçi əhaliyə malikdir. Şübhə yoxdur ki, Vətən müharibəsində parlaq qələbə həm də kadr dəyişikliklərinin, siyasi islahatların birbaşa nəticəsidir və yeni Hakimiyyət quruculuğu siyasəti olmasaydı, düşmənlə savaşda vahidliyə nail olmaq faktiki qeyri-mümkün idi. ”Dəmir Yumruq” şüarı savaşda qalibiyyət gətirdiyi kimi, indi “Dəmir əl” qanunsuzluğa və idarəetmə cinayətlərinə qarşı kursun mahiyyətini təşkil edir.
Biz 70-ci illər Heydər Əliyev dövrünün məhşur katib orazlarını bu yerdə xatırlatmağı vacib sayırıq. İndinin özündə də Sadıq Murtuzayev, Rüstəm Səfərəliyev kimi şəxsiyyətlərin yüksək təşkilatçılığı, dəmir intizamı, insanlara ləyaqətlə xidmət etməsi yaşlı nəslin yaxşı xatirindədir və Ulu öndər 2-ci dəfə hakimiyyətə qayıdanda o qurucu kadrların bir qisminə yenidən şans vermişdi. Çünki o adamlar sovet partiya sisteminin yüksək pillələrinə sadə xalqla birlikdə gecə-gecə gündüz çalışmaqla, əmək rəşadəti ilə çıxmışdılar və çoxlarının mahiyyətini təhrif etdikləri beş illik planları yerinə yetirməklə nail olmuşdular.
Əlbəttə, sayı 5 minə çatan sovet katibləri içərisində də xalqın etimadını itirən və sonda SSRİ-ni iflasa uğradanlar çox olmuşdu, lakin “Bizim katib” filminin baş qəhrəmanı Səfərəliyevin nümunəvi əməllərini davam etdirmək yerli idarəçilikdə varislik yaradardı. Müxtəlif sosial, etnik, milli qrupları birləşdirməyi bacaran, zora və gücə deyil, ədalətə, xeyirxahlığa söykənən, ən başlıcası əxlaqi və nəfsi təmizliyə malik insanların üzərində mənəvi hakimiyyət qazanan katiblərin nümunələri onların hansı formasiyada çalışmağından asılı olmayaraq, indiki dövrdə də əsas fəaliyyət prinsipləri olmalıydı.
Ən başlıcası, indi xalqın inandığı və etibar etdiyi vahid bir lider qələbədən sonra millətimizin yeni çaöırışlar qarşısında olduğunu hamıdan yaxşı bilir, xüsusi nümayəndəlik institutunu təkcə azad torpaqlarda deyil, bütövlükdə ölkəmizdə bərqərar etməklə millətimizin iradəsinə söykənərək inqilabi kursunu davam etdirir. Müharibə öz özlüyündə prezidentin yenidən seçilməsiydi, milyonlarla insanın səfərbərliyi şəraitində səsverməsi və Prezidentin dəyişiklər kursuna xeyir duasıdır!
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər