"İSTƏDİKLƏRİ MƏBLƏĞI ALMASALAR..." - Sahibkarlardan gömrük rəhbərliyinə sərt ittihamlar- VİDEO
30-06-2021 [23:37]
Bir qrup sahibkar Gömrük Komitəsində üzləşdikləri problemlə bağlı mətbuat konfransı keçiriblər.
Mia.az xəbər verir ki, onlardan biri - sahibkar Təranə Nəsibli Gömrük Komitəsi əməkdaşlarının yaratdığı problemləri detallı formada izah edib.
O deyib ki, üzləşdikləri problemlə bağlı dəfələrlə komitə rəhbərliyi ilə görüşüblər: "Təəssüf ki, hər dəfə bizimlə bazarlıq etmək istəyiblər. Təəssüf edirəm buna. Birinci problem odur ki, gömrükçüləri məhsulların maşından boşaldılmasəına mane olurlar. Günlərlə yüklər maşında qalır. Bu isə bizim hər gün üçün əlavə pul ödəməyimiz deməkdir. Bu azmış kimi, yükün maşında qalmasına görə də karoq şirkətləri və gömrükçülər əlavə pul tələb edirlər".
Xanım sahibkar deyir ki, bütün bunlarla bərabər, gömrükçülər qanunları və müvafiq sənədləri bir kənara ataraq, rüsum adı ilə istənilən qiymət çıxarırlar: "Həmin qiymətlər isə tamamilə fantastik məbləğ olur. O rəqəmlə bağlı da bizə heç bir rəsmi sənəd və izahat da verilmir".
Sahibkarın sözlərinə görə, bu da iş adamlarının məhkəmələrə müraciət etməsinə mane olur: "Çünki məhkəmələrə şişirdilmiş məbləğlər bağlı müvafiq rəsmi sənədləri təqdim edə bilmirik. Bizə orada üzərinə məbləğ yazılan adicə kağız parçası verilir, ancaq bu rəqəm haradan çıxdı, nəyə əsasən hesablandı, bu barədə heç nə yoxdur".
Digər sahibkar xanım Elnarə Əliyeva isə deyir ki, ölkədə qiymətləri qaldıran gömrük orqanlarıdır:
"Onlar sahibkarları həm maddi, həm də mənəvi formada sıxışdırırlar, hədələyirlər. Sahibkar da məcbur qalıb, sonda bunlarla razılaşır. Niyə? Çünki məhsullar ilk əvvəl aylarla TIR-larda saxlanılır. Bu isə ikitərəfli zərərdir. Yəni, həm maşınların saxlanılmasına görə, həm də gecikən günlərə görə karqo şirkətinə cərimə ödənilir. Bu, elə ilk andaca məhsulun maya dəyərinin qalxması deməkdir. Hələ o məhsulun orada, yəni maşında hansı şəraitdə qalması da başqa bir problemdir. Belə ki, sənin məhsulun hətta orada xarab da ola bilər. Bütün bunlar da sahibkarın sonda məcburən qanunsuzluqla razılaşmasına səbəb olur. Ancaq buna rəğmən, məhkəmələrə şikayət edən sahibkarlar da var".
Sahibkar bildirir ki, onun özü də üzləşdiyi probemlə bağlı məhkəməyə müraciət edib və udub: "Ancaq məhkəmə qərarları da icra edilmir".
Sahibkar Rövşən Əliyev isə deyir ki, o, təxminən bir həftə əvvəl Avropadan ölkəyə məhsul gətirib: "Əvvəl Türkiyədən mal vururdum, gömrükdə bəhanə edirdilər ki, bəs guya biz Türkiyədə razılaşıb invoys qiymətlərini az yazdırırıq. Ona görə, bəzən elə olub ki, rüsum adıyla 4 dəfə artıq pul alıblar, bəzən elə olub ki, malım 1 ay saxlanılıb. Nəticədə mən günə 170 manatdan karqo şirkətinə cərinə ödəmişəm. İndi də Avropadan gətirdiyim mala belə yanaşırlar. Eyni bəhanə ilə. Buna görə mən malımı gömrükdən çıxara bilmirəm. Onların şərti ilə isə çıxarmaq isə qəti sərf eləmir".
Sahibkar deyir ki, gömrük işçilərinin bazara uyğun qiymət tətbiq etməsi qanunsuzdur.
Tədbirdə çıxış edən sabiq deputat, sdahibkar Nazim Bədfərmirli də gömrük orqanlarının hərəkətini qanunsuz sayıb. O, bu qanunsuzluğun "məmur sahibkarlığı"na xidmət etdiyini deyir: "Digər sahibkarlara mane olmaqla məmur-biznesmenlərinə rahat yol açırlar...".
Çıxışlarla buradan ətraflı tanış ola bilərsiniz:
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi