Erməni xalqı başa düşür ki... - Zahid Oruc yazır
22-06-2021 [23:38]
Zahid ORUC
***
2 gün əvvəl Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin yekunları Vətən Müharibəsində parlaq qələbəmizin nəticələrinə tam uyğundur, 10 noyabr razılaşmasının ümumxalq səsverməsi ilə qəbuludur.
Digər tərəfdən, erməni xalqı və ordusu yeni müharibələrə qadir olmadığını, işğal partiyasının rəhbərləri Koçaryanın və Sarkisyanın 30 illik istismar düşərgələrində və səngərlərində bir daha ölmək istəmədiklərini nümayiş etdirdilər. Əks halda, dünya tarixində məğlub Ali Baş komandana yenidən mandat verilməsi görünməmiş hadisədir. Deməli, Azərbaycanın qələbəsi 90-cı illərdə miflərlə aldadılmış başqa bir xalqı da xilas etdiyi üçün 687 min insan indi sülhə səs verir. Ona görə də 15 iyunda-Azərbaycan dövlətinin xilası günündə Şuşada Türkiyə dövləti ilə imzalanan hərbi-siyasi İttifaqı Ermənistana təhlükə kimi qələmə verənlərin qorxu və xof siyasəti nəticə vermədi. Çünki erməni xalqı başa düşür ki, onların təhlükəsizliyinə və siyasi gələcəyinə 3-cü dövlətlərin verdikləri hərbi təminat Türkiyə və Azərbaycanın qarantiyasını əvəz edə bilməz.
Bəli, qardaş dövlət liderinin Bakıda, yaxud, azad olunan digər torpaqlarda deyil, məhz Şuşada qəbulu prezident İlham Əliyevin dövlət rituallarından, himni, gerbi və hərbi marşlarınadək, fəxri qarovul düzülüşündən Zəfər yolunda fəth olunmuş zirvələri fəxarətlə göstərməsinə qədər hər bir addımı tarixi qalaya siyasi paytaxt statusu qazandırır, Qarabağa Azərbaycanın dövlətçilik atributlarını qaytarır. İndi bütün dünya görür ki, dövlət başçısı ölkəsini yeni siyasi mərkəzdən idarə edir və 30 il yarada bilmədiyimiz üçlüyü-Bakını iqtisadi, Gəncəni mədəni, Şuşanı isə siyasi paytaxta çevirməklə dövlətimizin təməllərinin bütövlüyünü təmin edir.
Ona görə də iki dövlətin hərbi İttifaqı başqa ərazilərə hücum planı deyil, əksinə 100 illik Qars müqaviləsinə istinad edilməsi Şuşanı Qafqazın sülh mərkəzinə döndərir. Ərdoğanın səfəri dövlət başçılarından birincisinin-bizə qardaş ölkənin ilk səfəri olsa da, yeni seçilən İran prezidenti, o cümlədən, ABŞ və Rusiya rəhbərləri də gəlib Şuşada ölkə rəhbərinin ziyarətində ola bilərlər. Onlara da yol açıqdır.Bizim tarixi qələbəmiz yalnız Azərbaycana və Türkiyəyə deyil, ədalət tərəfində olan hamıya məxsusdur.
Bəli, 1991-ci ilin oktyabrında təkcə BMT sənədlərində ərazi bütövlüyümüz tanınmışdısa, indi bütün sərhədlərimizin keşiyində şanlı ordumuz dayanır. Ona görə də 15 iyunda Şuşada şəhidlərimizin qazandığı növbəti Qurtuluş bəyannəmasi Kamal Atatürk-Heydər Əliyev ideallarının vahid bir sənəddə birləşməsidir. Bəyənnamə göstərir ki, biz Şuşada və Qarabağda bir daha qan tökülməsini istəmirik, eyni zamanda xarici dövlət ordularının da torpaqlarımızda üz-üzə gəlməsinin əleyhinəyik. İlham Əliyevin Qarsdan Naxçıvana, Şuşadan bütün Qafqazlaradək sülhü təmin edən siyasəti əsrlərdir bu regionda qanlı savaşlar aparanlara yalnız alternativ bir yol təklif edir-sülh və barış yolu, birbaşa dialoq yolu!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər