27-01-2014 [11:54]
Bu gün Azərbaycanda 650 min baş keçi var. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a bildirib ki, son bir ildə kənd təsərrüfatında keçilərin saxlanılmasına maraq artıb. Onun sözlərinə görə, ötən il keçilərin sayı 627 min baş idisə, hazırda onların sayı 650 min başa çatıb.
Nazirlik rəsmisi onu da bildirib ki, ötən il Fransadan 1200 baş keçi gətirilib. Daha çox südlük istiqamətində gətirilən keçilər 1000 litrə kimi süd verə bilirlər.
Onu da qeyd edək ki, Ağcabədi rayonunun Cəfərbəyli kəndində ölkədə ilk böyük keçi təsərrüfatı yaradılır. Bu təsərrüfatın tikintisi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit ayırdığı "BMS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yaradılır. Ümumilikdə 8 ferma, sağım və yem sexindən ibarət olacaq 4000 başlıq keçi təsərrüfatında artıq 6 ferma və ofis istifadəyə verilib, sağım yerinin inşası başa çatıb.
"Bu ilin yanvarında daha 2 fermada işlər tamamlanıb. Təsərrüfat ən müasir ferma avadanlığı – avtomatik yönəltmə və yemləmə, bir dəfəyə 72 baş keçinin sağılmasına imkan verən paralel tipli sağım sistemləri və s. ilə təchiz edilib, işçilərin çalışmaları və istirahəti üçün hər cür şərait yaradılıb”, – deyə nazirlik rəsmisi qeyd edib.
Hollandiya və Fransadan məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik "SAANEN” və "Alpin” cinslərindən olan 1330 baş keçi gətirilib. Yaxın günlərdə daha 800 baş keçi alınacaq. Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram, südünün yağlılığı 4-4,5 faiz və südvermə dövrü 300-320 gün olan bu keçilərin hər birindən gündəlik 3-5 litr süd sağmaq olur. Tərkibinə görə ana südünə yaxın olan keçi südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya riski yoxluğu, qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi xüsusiyyəti keçi südünün əsas üstünlüklərindən sayılır.
Hazırda sağım yerində Ukraynanın "Pelaval” şirkəti tərəfindən müasir avadanlıq quraşdırılır. Yanvar ayında süd istehsalına başlanacaq müəssisədə 80 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi