Aydın Bəşirov Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibindən çıxarılıb

img

27-01-2014 [11:10]


Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi dəyişdirilib. Bu barədə Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında qərarda qeyd edilib.

Yeni dəyişikliyə əsasən Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibindən çıxarılıb və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibinə daxil edilib.

Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları"nın on altıncı hissəsində "Xəzər Gəmiçiliyi İdarəsi" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA