Azərbaycan və Türkiyə inkubasiya və innovasiya mərkəzlərinin yaradılmasına dair razılığa gəlib
18-06-2021 [14:16]
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyində Türkiyə Respublikasının Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan-Türkiyə biznes inkubatorlarının birgə fəaliyyət planı müzakirə olunub.
İnnovasiyalar Agentliyindən Mia.az-a verilən məlumata görə, görüşdə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli qurumun fəaliyyəti, yerli və beynəlxalq tərəfdaşlarla mövcud əməkdaşlıq platformaları haqqında təqdimatla çıxış edib.
Həmçinin İnnovasiyalar Agentliyinin "Pirallahı" Yüksək Texnologiyalar Parkının rezidenti olan yerli və türk şirkətlərinin təqdimatı keçirilib. Türk sahibkarlar Azərbaycanda iş mühiti üçün yaradılan əlverişli şərait, xüsusi ilə də İnnovasiyalar Agentliyinin texno-parklarında rezidentlik statusu əldə etməklə 10 il müddətinə əldə etdikləri vergi və gömrük güzəştlərindən məmnunluğu ifadə ediblər.
Daha sonra Agentliyin nəzdində fəaliyyət göstərən "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzinin koordinatoru Camal Ağayev startaplara dəstək inkişaf proqramları haqqında danışaraq yerli və xarici mentorlardan ibarət peşəkar komandanın uğurlu layihələrindən söhbət açıb. "Barama" mərkəzinin 2020-2021-ci illər məzunu olmuş ən uğurlu 6 startap "Ağıllı şəhər"’, maliyyə, ətraf mühit, müdafiə sənayesi, təhsil və sosial sahibkarlıq texnologiyalarına dair layihələrin təqdimatını keçiriblər. Azərbaycanlı startapların təqdimatları türkiyəli mütəxəssislərdə böyük maraq yaradıb və təqdimatlar geniş müzakirələrlə müşayiət olunub.
Türkiyə nümayəndə heyəti İnnovasiyalar Agentliyinin "Pirallahı" Yüksək Texnologiyalar Parkının rezidenti olan şirkətlərin istehsalat sahələrinə baş çəkib və hazır məhsullarla əyani tanış olub.
Görüşün sonunda tərəflər startapların regional bazarlara çıxış imkanlarının dəstəklənməsi istiqamətində birgə "keçid" proqramlarının, mentorluq fəaliyyətinin, inkubasiya və innovasiya mərkəzlərinin yaradılması haqqında razılığa gəliblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi