ASC sədrinin “boru yeyənləri” ilə bağlı faktlar: - dövlət əmlakını saxta sənədlə Gürcüstana kimlər satıb?

img

26-01-2014 [16:40]



Tovuz rayonunda yerləşən Ceyrançöl Qış Otlaq Suvarma Sistemləri İdarəsi 2008-ci ildə apardığı "boru əməliyyatından” sonra elə bu gün də Ceyrançöl ərazisində məskunlaşan fermerlər susuzluqdan əziyyət çəkirlər. 

Bildiririk ki, sözügedən idarə sovet dönəmindən fəaliyyət göstərir. Hazırda Ceyrançöl ərazisi öz keçmışindən onunla fəqlənir ki, su boruları qara metal kimi sökülərək satılmışdır. Əlimizdə olan 26.12. 2008-ci il tarixli 17 saylı arayışdan məlum olur ki, 1959-cu ildə 377 və 620 mm-lik dəmir boru ilə 46800 metrlik məsafədən Ceyrançöl ərazisinə su çəkilmişdir. Həmin boruda tamahı olanlar fənd işlədərək onu necə söküb satmaq yollarını asanlıqla tapıblar. 

Belə ki, Ceyrançöl Qış Otlaq Suvarma Sistemləri İdarəsi "NHQNS Hüquq MMC” ilə rus və gürcü dilində ğözdən pərdə asmaq xətrinə müqavilə bağlamışdır. 16.01.2009-cu ildə tərtib edilən müqavilə tərəfdaşları tezliklə də "əməliyyata” başlayiblar. Həmin müqavilənin 3-cü bəndində ğöstərilir ki, 1-ci tərəf borunun 1 tonunu 45 ABŞ dollarına alacaqdır. Bunun müqabilində 2-ci tərəf bu işə tam razılığını bildirib. Ümumi nəticədə müqaviləyə əsasən 46800 metr dəmir boru 54 000 manata Gürcüstana satılmışdır.

Araşdırma zamanı idarənin rəisi Nizami Vəliyev bildirdi ki, o, "boru əməliyyatından” xəbərsizdir. Boru satılsa da ona pay düşməyib, idarənin hesabına 1 qəpik də köçməyib. Maraqlıdır ki, göstərilən məsafədə olan boru aylarla qanunsuz şəkildə doğranaraq maşınlara yüklənəndə, görəsən idarə rəisi hara baxırmış?

Sorğu-sualdan məlum oldu ki, bu işi bilənləri Ceyrançöl Qış Otlaq Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Aydın Kəmərov susdurub. Nəhayət, onula söhbətləşərkən Aydın Kəmərov şirin dilini işə salıb bizdə olan arayış və müqavilənin surətlərini ələ kerçirməyə cəhd etdi. Cəhdinin baş tutmayacağını görüb bu işdən mühüm vəzifə sahiblərinin də məlumatı olduğunu bildirdi. Sözündən belə çıxdı ki, hər işdən su-meliorasiya naziri Əhməd Əhmədzadə də xəbərdardır. Onlara bu göstərişi elə Əhmədzadənin özü verib. Saxta müqavilə əsasında aparılan "boru əməliyyat” Gürcüstana müqavilədə bağlandığı qiymətdən də 5-6 dəfə artığına satılıb. Bəs necə olur ki, idarənin rəisi Nizami Vəliyevin bu işdən xəbəri olmur? Elə kələfin ucu da buradan açılır. 

Ölkə başçısı sahibkarlara, fermerlərə hərtərəfli şərait yaratdığı bə güzəştlı kreditlər verilməsi haqqında göstərişlər verdiyi halda Əhməd Əhmədzadənin "boru yeyənləri” necə olur ki, Ceyrançölü susuz qoyub? Aydın Kəmərov kimiləri belə bir işi törətməklə, görəsən kimin dəyirmanına su töküb?

demokratiya.info


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA