Azərbaycanda yeni üzüm növləri yaradılacaq
17-06-2021 [12:49]
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin TAGEN dairə başkanı Gökhan Kızılcı, Atatürk Bahçe Kültürləri Mərkəz Araşdırma İnstitutunun (Yalova) müdiri Yılmaz Boz Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər.
Mia.az xəbər verir ki, səfər zamanı Türkiyə nümayəndə heyəti ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov arasında görüş keçirilib. TAGEN dairə başkanı Gökhan Kızılcı bildirib ki, iki ölkənin müvafiq institutlarının birgə elmi araşdırmalar aparması və layihələr həyata keçirməsi üçün böyük elmi potensial və əlverişli şərait mövcuddur. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə üzümçülük və şərabçılığın inkişaf etdirilməsi, tingçilik, klon seleksiyası, hibridləşdirmə, biotexnologiya, genetik qaynaqların qorunması, şərablıq üzüm çeşidlərinin keyfiyyətinin öyrənilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, quru üzüm, üzüm çəyirdəyi yağının istehsalı və digər sahələrdə birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Beynəlxalq Üzüm/Anac Kolleksiyasının Yaradılması və Mühafizəsi” layihəsi çərçivəsində tədqiqatlara başlanılıb. Üzüm növlərinin genefond mübadiləsi, seleksiyası, identifikasiyası, Azərbaycanın qiymətli, tezyetişən 15 yerli süfrə və kişmişi üzüm növblərindən götürülmüş nümunələr üzərində birgə əməkdaşlıq məqsədilə analizlər aparılır. Araşdırmaların əhatə dairəsinin genişləndirilməsi və yeni istiqamətlər üzrə tədqiqatların aparılması üçün Azərbaycanın qiymətli yerli süfrə, kişmişi və şərablıq üzüm növləri üzərində də araşdırmaların aparılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, institutlar arasında virussuz əkin materialı, fillokseraya davamlı calaq-ting istehsal texnologiyası, toxum embrionunun və digər toxuma kulturalarının “in vitro” çoxaldılma üsulları, tetraploid formaların alınması, üzümün hibrid formalarının yuvenil dövründə toxumsuzluğa görə erkən molekulyar genetik markerlərlə təyini, üzüm genotiplərinin molekulyar-genetik markerlərlə identifikasiyası, üzümün patogen orqanizmlərə davamlılığının laborator şəraitdə tədqiqinin gerçəkləşdirilməsi mümkündür. Daha sonra tədbir iştirakçıları İnstitutun Fiziki-kimyəvi analizlər laboratoriyasına, Üzümün emalı və şərabın texnologiyası şöbəsinə və çoxillik şərabların saxlanıldığı zirzəmiyə baxış keçiriblər. Laboratoriyada klassik və müasir üsulla aparılan analizlərlə, üzümün emalı və şarabın hazırlanması texnologiyaları ilə yaxından tanış olublar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi