"Azərbaycanda halal kolbasa istehsal edən müəssisə yoxdur"

img

24-01-2014 [23:01]


"Azərbaycanda halal standartına cavab verən kolbasa və sosis istehsal edən müəssisə yoxdur". Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, Komitə 2012-ci ildə bununla bağlı müvafiq standart qəbul edib: «Lakin bu günə qədər bizdən halal standart alan bir dənə də olsun müəssisə olmayıb».

R.Həsənovun dediklərinə görə, baxmayaraq ki, bu gün bir çox şirkət istehsal etdiyi kolbasa və sosislərin üzərində «halal» sözü yazır. Bu standart deyil, bu bir brend kimi buraxılır. Biz də onlara məsləhət görürük ki, belə etməsinlər və istehsal etdikləri ət məhsullarının üzərinə halal sözü yazmasınlar. Çünki bu məhsullar halal deyil».
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA