"Bankların taleyi onların “krışası” olan məmurların taleyinə bağlı olmasın" - Elman Rüstəmovun bankı ilə bağlı maraqlı məlumat yayıldı
05-06-2021 [16:04]
Bir neçə gün əvvəl ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Hollandiya Sahibkarlığın İnkişafı Bankı(FMO) arasında yeni kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Banka 10 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq. Bu, ilk belə müqavilə deyil və sözügedən bank xarici bank strukturlarının ən çox diqqət ayırdığı və kreditlər verdiyi banklardan biridir ki, bunu da təsadüfi saymaq olmaz…
Ümumiyyətlə, son illərdə “Bank Respublika”nın maliyyə göstəriciləri pandemiyaya, iqtisadi durğunluğa və daralmaya rəğmən, yaxşılaşmaqda davam edir. 2021-ci ilin 1-ci rübündə bank öz aktivlərini daha da artırıb, bankın mənfəəti də yüksəlib. “Bank Respublika”nın təkcə qiymətli kağızlara yatırılmış investisiyaları banka əlavə 1 milyon 29 min manat qazandırıb. Cari ilin birinci rübü ərzində bankın xalis gəlirləri 11 milyon 297 min manat, xalis mənfəəti isə 2 milyon 877 min manat olub.
Son 3 ayda «Bank Respublika»nın aktivləri sürətli artım nümayiş etdirərək 78 milyon manata yaxın artıb və 1 milyard 111 milyon manata yüksəlib, kredit portfeli bütün istiqamətlərdə böyüyüb və sair. Həmçinin, bir müddət əvvəl səhmdarlar bankın nizamnamə kapitalını 10 mln. manat artırmaq haqqında razılığa gəliblər. Bütün bu göstəricilər ölkənin digər “çabalayan” banklarına nəzər saldıqda, olduqca böyük sıçrayışdır.
Bir sözlə, bankın bütün rəsmi göstəriciləri onu deməyə əsas verir ki, “Bank Respublika” əksər banklardan fərqli olaraq, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, yüksək gəlirlər təmin etməkdə, uğurla fəaliyyət göstərməkdədir.
Təbii ki, isytənilən bankın uğurlu fəaliyyəti ümumilikdə bank sektoru üçün müsbət haldır və təqdirəlayiqdir. Ancaq nə yazıq ki, Azərbaycanda bu cür uğurlar heç də təsadüfən, hansısa məmur-oliqarxın dəstəyi, “krışalığı”olmadan əldə edilmir. Bu, “Bank Respublika”ya da aiddir.
Rəsmən Bank Respublika”-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov sayılsa da, sözügedən bank istər cəmiyyətdə, istərsə də bank sektorunda Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun bankı kimi tanınır.
“Bank Respublika”nın xarici banklara, maliyyə qurumlarına, Mərkəzi Banka, eləcə də dövlət qurumlarına çıxışı, bir sözlə, əlverişli şərtlər əldə edə bilməsi də məhz Elman Rüstəmov faktoru ilə əlaqələndirilir. Bunun nəticəsidir ki, sözügedən bank bir sıra göstəricilərinə görə, ölkənin aparıcı beş bankı sırasında qərarlaşa bilib.
Bütün bunları qeyd etməkdə məqsədimiz “Bank Respublika”nın fəaliyyətinə, uğurlarına kölgə salmaq deyil. Sadəcə, yaxşı olar ki, bank sektorunda bütün ölkə banklarına eyni şərait, azad rəqabət imkanları yaradılsın. Yoxsa, hansı bankın arxasında daha güclü məmur durursa, o da daha çox qabağa çəkilməsin və ümumiyyətlə, bankların taleyi onların “krışası” olan məmurların taleyinə bağlı olmasın.
Bunun həm ümumilikdə bank sektoruna, həm də sıravi vətəndaşlara, əmanətçilərə və onların maliyyə-bank sektoruna olan münasibətinə nə qədər mənfi təsir göstərdiyi “Bank Standard”, “Atabank” və digər bu qəbildən olan bankların timsalında aydın göründü…
“AzPolitika.info”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi