22-01-2014 [14:23]
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ)Azərbaycan jurnalistlərinin 2013-cü ildə sosial durumlarının öyrənilməsi üzrə araşdırmalarını başa çatdırıb.
JuHİ sədri Müşfiq Ələsgərl bildirib ki, təşkilatın keçirdiyisorğuyaictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 30 ümumrespublika yayımlı qəzet, 3 informasiya agentliyi, 5 xəbər portalı, həmçinin 8 həftəlik qəzet (5 regional, 3 ümumrespublika yayımlı), 4 televiziya (2 regional, 2 ümumrespublika yayımlı) redaksiyalarının əməkdaşları cəlb edilib (ümumilikdə 50 redaksiya).
Sorğu iştirakçıları çalışdıqları redaksiyalardaaylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri və digər məsələlərləbağlı sualları cavablandırıblar.Sorğu üzrə aşağıdakı nəticələr alınıb:
Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda:
- İşçilərlə fərdi əmək müqavilələrinin bağlanmasında irəliləyiş var: sorğuya cəlb edilən 95 faiz redaksiyalarda fərdi əmək müqavilələri bağlanıb. Baxmayaraq ki, müqavilələr redaksiyaların bütün əməkdaşlarına şamil edilməyib. Orta hesabla, hər bir redaksiyada ən yaxşı halda əməkdaşlardan yalnız 60 faizi ilə fərdi əmək müqavilələri bağlanıb. Amma burada əvvəlki illərlə müqaisədə ciddi irəliləyiş var. Belə ki, ötən illər üzrə keçirilən sorğulardan belə nəticə çıxırdı ki, redaksiyalarda işçilərin 30 faiz ilə əmək müqavilələri bağlanıdı, qalan işçilər şifahi sövdələşmə ilə çalışırdılar.
- Əmək müqavilələrinin simvolik xarakterli olması problemi isə yenə də aktuallığını qoruyur,əksər redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı əks etdirmir;
-Tibbi sığortatəcrübəsi yoxdur və ya minimum səviyyədədir, 3 redaksiyada kampaniya formalı tibbi müayinələr tətbiq edilib.
Jurnalistlərin aylıq gəlirlərində ötən illərlə müqaisədə ciddiartım müşahidə edilib:
-Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışanjurnalistlərin aylıq gəlirləri 500 manat və daha yüksək olub (sorğu iştirakçılarının 90 faizi). Sorğu iştirakçılarının az qismi (4 faiz) 350-450 manat, qalanları isə (6 faiz) 600-700 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər. Məlumat üçün qeyd edək ki, 2011-2012-ci illər üzrə keçirilən sorğularda bu kateqoriya üzrə jurnalistlərin orta aylıq gəlirləri 350-400 manat civarında qeyd edilirdi.
-Ümumrespublika yayımlı həftəlik qəzetlərdəçalışan jurnalistlərin də aylıq gəlirlərində ötən illərlə müqayisədə artım qeydə alınıb. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-300 manat arasında dəyişir.
Regionlarda isə vəziyyət belədir:
-Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 150-200 manatla ifadə olunur.
-Regional televiziyalarda çalışan jurnalistlərin aylıq gəlirləri isə 250-300 manatdır.
Sorğu iştirakçıları 2013-cü ildə qeydə alınan digər yeniliklər barədə də fikirlərini bildiriblər:
-Mənzilsizlik probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən 156 mənzillik bina 2013-cü ildə jurnalistlərin istifadəsinə verilib. Paralel olaraq ikinci binanın inşasına başlanılıb ki, bu da mənzil problem olan jurnalistlərin bu qayğıdan birdəfəlik qurtarmasına şərait yaradıb.
- Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist müsabiqələri vasitəsilə çoxsaylı jurnalistlərin mükafatlandırılmaları jurnalistlərin gəlirlərinin artmasına təsir edən amillər sırasında qeyd edilib. Məlumat üçün bildirək ki, 2013-ci ildə 200-dən artıq jurnalist bu müsabiqələrin qalibi olaraq əlavə maddi gəlir əldə ediblər.
- Media işçilərinin banglardan kredit almaq imkanlarının yaranması 2013-cü ilin yenilikləri sırasında qeyd edilir. Məlumat üçün bildirək ki, əvvəlki illər üzrə keçirilən sorğularda bangların jurnalistlərə kreditlər verməkdən imtina etmələri ciddi problem kimi önə çəkilirdi.
-Uğurlu faktlar sırasında media sferasında iş yerlərinin artımı və ya mövcud iş yerlərinin qorunub saxlanılması da göstərilib. 2013-cü ildə ciddi media qurumları sırasında fəaliyyətlərini dayandıranlar qeydə alınmayıblar. Məlumat üçün bildirək ki, KİV redaksiyalarının bağlanması, nəticədə jurnalistlərin öz iş yerlərini itirməsi praktikası əvvəlki illərdə ciddi problemlər sırasında olub. 2011-2012-ci illərdə bu problemin aradan qalxması tendensiyası müşahidə edilib. 2013-cü ildə isə bu kateqoriya üzrə hər hansı fakt qeydə alınmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi