Azərbaycanda maşın krediti dayandırıldı

img

22-01-2014 [10:45]



Banklara geri ödənməyən kreditlərin həcmi 800 milyon manatı keçdikdən sonra kredit bazarında radikal adımlar atılır. 

Bu dəfə də avtomobil kreditlərinə qadağa qoyuldu. Əlaqə saxladığımız bir neçə bank məlumatı təsdiqləsə də, bu barədə müsahibə verməkdən çəkindilər. Vəziyyəti maşın satışı ilə məşğul olan şəxslər də təsdiqlədilər. Kreditlə satış dayandırıldığından bu ay alıcı, demək olar ki, olmayıb.

Xxezerxeber.com xəbər verir ki, ekspertlər hesab edirlər ki, maşın satışında kreditin ləğv olunması insanların avtomobilə əlçatanlığını azaldacaq.

Nəzərə alsaq ki, kreditlə satılan maşınların əksəriyyəti sığorta olunur, vəziyyət sığorta bazarına da mənfi təsir göstərəcək.

Ancaq ekspertlər avtomobil kreditlərinin dayandırılmasını təkcə problemli kreditlərlə əlaqələndirmirlər.

İqtisadçılar hesab edir ki, vəziyyət yaxın vaxtlarda maşın bazarında ucuzlaşmaya səbəb olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA