AZƏRBAYCANDA Aİ-95 və Aİ-98 BENZİNİ BAHALAŞDI - SOCAR-dan açıqlama + Yeni qiymətlər
02-06-2021 [11:09]
Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı avtomobil benzini bahalaşıb. Belə ki, ölkəyə 2014-cü ilin aprelin 1-dən idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, ölkə daxilində bu benzin növlərinin qiymətinin artımı birbaşa olaraq dünya bazarında neftin və neft məhsullarının bahalaşması ilə əlaqədardır.
Onun sözlərinə görə, hər iki benzin növü ölkəyə idxal olunur: "Bu benzin növləri ölkə daxilində istehsal olunmur və idxal olduğuna görə, həmin benzin növlərinin qiyməti də idxal edilən ölkələrin, yəni beynəlxalq bazarda olan qiymətlərdən asılıdır. Beləliklə, dünyada neftin və neft məhsulların qiyməti artdıqca, bu benzin növlərinin də Azərbaycanda qiyməti artır, azaldıqca – azalır.
Məsələn, pandemiyadan əvvəl Aİ-95-in bir litrinin qiyməti 1,5 manat idi, daha sonra, pandemiya dövründə hətta 1,2 və 1,1 manata düşmüşdü. İndi isə dünyana neftin və neft məhsulların qiyməti artıb və bununla əlaqədar olaraq idxal edilən benzin növlərinin qiyməti Azərbaycanda da yüksəlib".
SOCAR-ın rəsmisi həmçinin əlavə edib ki, əgər bu benzin növlərinin qiyməti dünya bazarlarında azalarsa, Azərbaycanda da bu benzin növləri ucuzlaşacaq, artdığı halda isə bahalaşacaq.
"Bu benzin növləri Azərbaycanda nisbətən az istifadə olunur. Əsas istifadə edilən yanacaq növləri dizel və Aİ-92 benzinidir. Bunlar ölkədə istehsal olunur. Ölkə daxilində istehsal olduğuna görə, bunların qiymətini dövlət tənzimləyir. Gələcəkdə Heydər Əliyev adına NEZ-də aparılan modernizasiya nəticəsində 2022-ci ildən sonra zavodda Aİ-95 benzinin də istehsalı mümkün ola bilər. Belə olduğu halda, biz bu benzinin idxalından asılılığımızı azalda bilərik və yaxud ümumiyyətlə aradan qaldıra bilərik. Yəni özümüz ölkə daxili istehsal edəcəyik və qiymət də artıq xarici amillərdən asılı olmayacaq. Belə olduğu halda, dövlət öz siyasətinə uyğun olaraq onları tənzimləyə biləcək", - deyə İ. Əhmədov qeyd edib.
Qeyd edək ki, bu ilin I rübündə Azərbaycana gətirilən benzinin əsas hissəsini Aİ-95 ("Premium") markalı avtomobil benzini təşkil edib. Belə ki, hesabat dövründə ölkəyə 16,781 mln. dollarlıq 26 277,71 ton sözügedən benzindən gətirilib, bu da illik müqayisədə həcm ifadəsində 71,6%, dəyər ifadəsində isə 45,1% çoxdur.
Cari ilin yanvar-mart aylarında Azərbaycana Aİ-95-in əsas ixracatçısı Rusiya olub (idxalın 90,3%-i). Rusiyadan Azərbaycana 15,143 mln. dollar dəyərində 23 721,48 ton "Premium" benzin tədarük olunub, bu, illik müqayisədə həcm ifadəsində 60,4%, dəyər ifadəsində isə 36,2% çoxdur.
Aİ-98-ə gəldikdə, yanvar-martda sözügedən benzin Azərbaycana yalnız Rumıniyadan idxal olunub. Belə ki, hesabat dövründə bu ölkədən Azərbaycana 562,73 min dollarlıq 718,75 ton Aİ-98 benzini tədarük olunub, bu da illik müqayisədə 3,4 dəfə çoxdur/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi