RUSİYA "KOÇARYAN VARİANTI"ndan İMTİNA EDİR?
26-05-2021 [23:05]
Elxan ŞÜKÜRLÜ
***
Ermənistanda qızışan seçki ehtirasları Azərbaycanda da hədsiz maraq və diqqətlə izlənir. Çünki bu seçkilərin nəticələri təkcə Ermənistanın taleyini müəyyənləşdirməklə kifayətlənməyəcək, həm də Azərbaycanla münasibətlərin gələcəyini aydınlaşdıracaq.
Hazırda Azərbaycanda bir çoxlarında bu düşüncə hakimdir ki, rusiyayönümlü qüvvələrin əsas lideri Robert Koçaryan qalib gələrsə, bu, Ermənistanda revanşistlərin dirçəlişini sürətləndirəcək və onlar Qarabağa yerləşmiş rus hərbçilərinin köməyindən istifadə etməklə, ərazilərimizi təkrar işğala cəhd göstərəcəklər. Bu səbəbdən Azərbaycanda yenidən savaş istəməyən kəsim qərbyönümlü qüvvələrin lideri Paşinyanın qələbəsini daha çox arzulayır və hətta Azərbaycan hakimiyyətindən də Paşinyanın erməni cəmiyyətində mövqeyini gücləndirəcək hansısa addımlar atılmasını gözləyirlər...
Əlbəttə, Azərbaycan torpaqlarının işğalında və Xocalı qətliamının törədilməsində əsas rol oynamış hərbi cinayətkar Koçaryanın yenidən hakimiyyətə gəlişi darmadağın olmuş Ermənistan ordusunu və üstəlik, müharibə istəməyən erməni cəmiyyətini toparlmaqda xeyli vaxt itkisi demək olmaqla bərabər, həm də əldə edilmiş Üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsində və gələcək sülh danışıqlarının aparılmasında psixoloji və siyasi maneələrin yaranması deməkdir.
Ancaq nəzərə alsaq ki, hazırda bölgədə həyata keçirilən plan “rus planı”dır, o halda Rusiyanın öz planının həyata keçməsini ləngidəcək, ona mane olacaq və sülhməramlı missiyasını sual altına salacaq, Ermənistanı qazanmaq istərkən Azərbaycanı da birdəfəlik itirməsiylə nəticələnəcək "Koçaryan variantı"nı seçəcəyi qətiyyən ağlabatan görünmür.
Əksinə, Rusiya üçün Qarabağ problemi Qərblə, xüsusən də ABŞ-ın yeni administrasiyası ilə münasibətlərdə uzlaşma əldə ediləcək əsas müstəvilərdən biri və bəlkə də birincisi sayılır ki, bu, ABŞ dövlət katibi Blinkenlə Rusiya xarici işlər naziri Lavrovun Reykyavik görüşündə bir daha üzə çıxdı: tərəflər münaqişənin uzunmüddətli həllinin zəruriliyi haqda ortaq bəyanatla çıxış etdilər və bu mövqenin planlaşdırılan Bayden-Putin görüşündə daha konkret şəkildə ifadə olunacağı da qaçılmazdır.
Üstəlik, Rusiyanın Qarabağda yerləşməsinə legitimlik qazandıra bilməyəcəyi çəkingənliyi yaşadığı və bu səbəbdən Ermənistanda Paşinyan hakimiyyətini hərbi çevriliş yoluyla devirməkdən yayındığı da aşkar görünür.
Belə anlaşılır ki, ABŞ və Rusiya arasında Ermənistanda hakimiyyətin taleyinin məhz seçki yoluyla müəyyənləşməsi, gələcək sülh danışıqlarını legitim bir hakimiyyətin aparması haqda pərdəarxası razılşama var və tərəflərin hər biri də buna əməl etmək öhdəliyi götürüblər.
Belə bir razılaşmanın mövcudluğunu Ermənistanın ilk prezidenti, 76 yaşlı siyasətçi Levon Ter-Petrosyanın seçkiyə qatılmaq istəyi də təsdiqləyir. Onun sabiq prezidentlərə seçkiyə eyni blokda getmək və Baş nazirliyə namizədliklərini də irəli sürməmək öhdəliyi götürmək təklifiylə çıxış etməsi çox ciddi hadisədir. Petrosyanın, təklifindən imtina edən Koçaryanı sərt şəkildə “dövlət maraqlarını düşünməyən” və “Paşinyandan qisas almağa çalışan şəxs” kimi xarakterizə etməsi isə onun indidən seçkidə ikinci prezidentə qarşı cəbhə açacağının anonsu sayıla bilər...
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın isə öz namizədliyini irəli sürməsə də, həmyerlisi və keçmiş cinayət ortağı Koçaryanla deyil, sabiq MTX rəhbəri, FTX məzunu Artur Vanetsiyanla seçki bloku yaratması da Koçaryanın uğur qazanmayacağına inamsızlığın ifadəsi olmaqla yanaşı, həm də Rusiyanın öz qüvvələrini heç də Koçaryanın ətrafında cəmləmədiyini göstərir.
Görünən odur ki, son 6 ayda Ermənistandakı daxili ictimai rəyi öz lehinə dəyişə bilməyən və revanşistlərin mövqeyinin hədsiz zəif olduğunu görən Rusiya üçün indiki mərhələdə ən vacibi Putinin dostu olan Koçaryanın Ermənistanın Baş naziri gətirilməsi deyil, onu cinayət təqibindən qurtarmaq üçün Ermənistan parlamentinə keçidini təmin etmək və gələcək Baş nazirə əsas təzyiq silahı kimi qoruyub saxlamaqdır.
Yeri gəlmişkən, onu da xatırladaq ki, Koçaryanın 2001-ci ildə Ki-Uestdə Heydər Əliyevə təklif etdiyi və amerikalıların da dəstəklədiyi sülh planında ərazi mübadiləsi – “Laçın dəhlizi” əvəzinə suveren “Zəngəzur dəhlizi”nin verilməsi əsas yer tutub. Bunu o, Rusiyada çapdan çıxmış “Həyat və azadlıq” adlı memuarında detallı şəkildə göstərib. İndi onun özünün “Zəngəzur dəhlizi”nin açılmasının əleyhinə çıxması da seçkiqabağı piardan başqa bir şey deyil və müharibədən xeyli itirmiş, yorulmuş, bezmiş və məğlub Ermənistan seçicisi üçün qətiyyən cəlbedici deyil...
Qarşıdakı 1 ay ərzində fövqəladə hər hansı bir situasiya yaranmazsa, böyük ehtimalla, Ermənistanın yeni Baş naziri olmağa ən real iddiaçılar da elə Nikol Paşinyan, Artur Vanetsiyan və Levon Ter-Petrosyan olacaq. O kəslər ki, Azərbaycanla savaşın yox, barışın tərəfdarı kimi çıxış edəcəklər...
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər