Azercell yerli kommunikasiya sektorunda Big Data texnologiyalarını tətbiq edən ilk şirkətdir
22-05-2021 [13:31]
Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə "Big Data" texnologiyasını tətbiq edən Azercell Telekom bu sahədə ciddi irəliləyiş əldə edib.
"Azercell"dən Mia.az-a verilən məlumata görə, sözügedən texnologiyanın qabaqcıl həllərindən istifadə mobil operatorun rəqəmsal transformasiyasını mümkün edib.
Hazırda Azercell-in hədəfi abunəçilərin tələbatlarını real vaxt rejimində təyin edərək müvafiq təklifi onlara dərhal göndərən modelləri ərsəyə gətirmək, bununla da müştərilərinin həyatını asanlaşdırmaqdır. Məhz buna görə də bu gün Azercell-in istənilən məhsulunun təməlində "Big Data" analitikası dayanır.
Mobil operatorlar üçün sərhədsiz imkanlar yaradan bu texnologiya mövcud məlumat platforması, məlumatların saxlanması və işlənməsi ilə bağlı çətinlikləri aradan qaldırıb." Big Data" texnologiyası böyük həcmdə məlumatlara sahib olan Azercell şirkətinə onları real vaxt rejimində dərin analizini aparmağa imkan verir. Bu, həm də dəyişən bazar şəraitinə çevik reaksiya verib, dərhal tövsiyələr irəli sürməyə fürsət yaradır. Qeyd olunmuş imkanlardan yararlanmaq üçün Azercell "Big Data" texnologiyasına əsaslanan layihəni icra edir. Bu proses özündə texnoloji, analitik və data aktivlərinin idarə olunması üzrə transformasiyanı nəzərdə tutur.
Texnoloji transformasiya - yerli kommunikasiya sektorunda ilk dəfə olaraq "Big Data" texnologiyasının tətbiqini; Analitik transformasiya –maşın öyrənməsi, vizuallaşdırma, real vaxt hesabatları və proqnozlaşdırıcı analiz vasitəsilə təhlil proseslərinin effektivliyinin artırılmasını; Data aktivlərinin idarəedilməsi - korporativ səviyyədə məlumatların idarə olunmasını ehtiva edir.
Azercell şirkəti artan məlumat həcmi və analitik ehtiyacları təmin etmək üçün Apache Hadoop, Spark və Kafka kimi “opensource” (açıq mənbə) texnologiyalarına əsaslanan "Big Data" ekosistemini tətbiq edib. Apache Nifi məlumat toplama platformasının tətbiqi ilə məlumatların işlənməsi imkanlarını artırıb. Eyni zamanda, "Big Data" platforması korporativ səviyyədə olan verilənlər anbarı platformasına inteqrasiya olunaraq şirkət səviyyəsində birləşdirilib.
Azercell SAS və Tableau şirkətlərinin maşın öyrənmə və vizual təhlil platformalarını tətbiq etməklə təhlil imkanlarını daha da təkmilləşdirib. Bu platformaların tətbiqi maşın öyrənməsini, proqnozlaşdırıcı təhlillərin və statistik məlumat modellərinin daha dəqiq və sürətli hazırlanmasını təmin edib. Nəticədə yeni abunə axını (churn) modeli, ikili sim abunə modeli, seqmentasiya modeli və satışın optimallaşdırılması modelləri hazırlanıb. Bu da öz növbəsində müştərilərin dəqiq seqmentlərə bölünməsinə, müştəri axınının qarşısının alınmasına, bazar reallıqlarına daha da uyğun olan məhsul və xidmətlərin hazırlanmasına imkan verib.
Hazırlanmış vahid korporativ idarəetmə panelləri real vaxt rejimində bütün şöbələrin maliyyə və biznes göstəricilərini izləməyə imkan verir. Beləliklə, artıq şirkətin fəaliyyətinin monitorinqi xüsusi panellər vasitəsilə onlayn rejimdə həyata keçirilir, real zaman kəsiyində trafik, servislər və digər detallar haqqında məlumatlar əsasında müvafiq qərarlar qəbul olunur. Bunlar dəyişən bazar şəraitinə çevik reaksiya verib, dərhal tövsiyələr irəli sürməyə fürsət yaradır.
İstifadə edilən hazır proqram təminatları ilə yanaşı, Azercell həm də “opensource” proqram təminatları və maşın öyrənmə kitabxanaları ilə, R və Python proqramlaşdırma dillərindən istifadə etməklə yeni modellər hazırlayır. Bu strategiya isə məlumatların əlavə təhlil imkanlarını zənginləşdirir.
Azercell məlumat idarə olunması layihəsi çərçivəsində bu sahədə “Informatica” kimi aparıcı şirkətin proqram təminatından istifadə edir. Bu layihənin icrası məlumatların idarə edilməsinə, əldə olunmasına, təsnifatlaşdırılmasına imkan verəcək.
"Big Data" texnologiyaları həm şirkətlərə, həm də müştərilərə yararlıdır, belə ki, şirkət öz hədəf auditoriyasını nə qədər yaxşı tanıyırsa, onlar üçün bir o qədər sərfəli təklif hazırlaya və ya daha çox fərdiləşdirilmiş məhsullar təqdim edə bilər. Digər tərəfdən, Big Data texnologiyası daxili qərar qəbuletmə prosesini optimallaşdırmağa və məlumatların işlənmə xərclərini ümumilikdə azaltmağa kömək edir. Bu isə son nəticədə məhsul qiymətlərinin effektivliyi ilə nəticələnir. Big Data daha öncə əlçatan olmayan imkanlardan və daha dəqiq proqnozlaşdırmadan istifadə edərək rəqabət qabiliyyətini artırmağa şərait yaradır. Həmçinin, cəmiyyətin rifahının daha da artırılmasına xidmət edəcək həlləri yaratmaq imkanı verir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi