İlham Əliyevdən region və dünya üçün mühüm mesajlar
22-05-2021 [12:58]
Samir Feyruzov,
Azsiyasət.com-un baş redaktoru
***
Dünya yeni mərhələnin astanasındadır, amma bu, heç bir ölkə üçün bir o qədər də asan olmayacaq. Hazırda inkişafın da, iflasın da, qələbənin və məğlubiyyətin də şərtləri dəyişib. Koronavirus pandemiyasının ardınca regional müharibələr başladı, təbii, Azərbaycan 30 illik tapdalanmış hüququnu döyüşərək geri aldı, torpaqlarını azad etdi. Bunun ardınca Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsi hərbi əməliyyatların başlanmasının bir addımığına qədər irəlilədi. Daha sonra isə İsrail-Fələstin arasında şiddətli döyüşlər başlamış oldu. Bundan sonra hansı regionda müharibə başlayacaq? Biz artıq irəli baxmalıyıq, o zaman Azərbaycanın ümumi inkişaf kontekstində Qarabağı hansı müddətə dirçəldə biləcəyik? Ordusu, iqtsiadiyyatı məhv olan Ermənistan nələr gözləyir? Bundan sonra dünyada sülh necə qorunmalıdır? Ölkələrin beynəlxalq normalarla qazandığı haqlar özünə necə qaytarılmalıdır? Ölkələrin mədəni və ticarət əlaqələrində sağlam inkişafa necə nail olmaq olar?
Bütün bunlar ayrıca mövzudur, amma baş verən bu hadisələrin fonunda Prezident İlham Əliyevin çıxışlarının təhlil olunması da olduqca vacibdir. Məsələn, İ.Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələri zamanı səsləndirdiyi fikirlər bir çox sualların açıq və net cavabıdır, eləcə də Azərbaycanın, regionun və dünyanın gələcək inkişaf perspektivlərinin analitik konturlarıdır.
.jpg)
Keçmiş prezidentlərin, baş nazirlərin, dünyanın məşhur diplomatlarının iştirak etdiyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələrində Prezident İ.Əliyevin fikirlərindən bəzi məqamlara diqqət edək. Bəribaşdan qeyd edim ki, bu müzakirələr Vətən Müharibəsindən sonra Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması, erməni vəhşiliyinin təbliği, nümayişi və Azərbaycan-Ermənstan arasındakı münaqişənin tarixi köklərinin şərhi baxımından mühüm platformadır.
Prezident hansı vacib amillərə toxundu?
- Zəngəzur dəhlizindən danışdı və bunun bütün region üçün əhəmiyyətinin mesajlarını verdi: “Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”. Bəli, söhbət regionun əsas inkişaf pəncərəsindən gedir - Zəngəzur dəhlizindən!
- Müharibə zamanı Ermənistan ordusunun tamamilə məhv edildiyini bildirdi: “Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır”. Bu, hazırda Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə aparan revanşist qüvvələrə mühüm xatırlatmadır və bundan sonra Ermənistanın işğalçı niyyətindən çəkinməsi üçün bir dərsdir.
- Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsini planlaşdırıldığını vurğuladı: “Bu da Avropanın təbii qaz təchizatının şaxələndirilməsinə töhfə verəcək. Avropa İttifaqı post-münaqişə dövründə regional əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər və biz daha fəal əməkdaşlıq etmək istərdik”. Prezident növbəti dəfə sağlam əməkdaşlığın, iqtisadi əlaqələrin önəmini bildirərək dövlətlərin yalnız qərəzsiz, obyektiv və ədalətli müstəvidə uğur qazana biləcəyinin mesajlarını verdi.
- Ermənistanın Azərbaycana təşəkkür borcu olduğunu qeyd etdi: “... Müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır. Biz Rusiyadan Ermənistana qazın təmin olunmasına icazə vermişik. Amma buna görə Azərbaycana heç təşəkkür də etməyiblər”.
- “Ermənirlər Türkiyə ərazi iddialarına son qoymalıdırlar” tələbilə, Prezident bütün müzakirə iştirakçılarının diqqətini heç kəsin bilmədiyi bir məqama yönəltdi: “Düşünürəm ki, Nizami Mərkəzinin çox üzvü bilmir ki, Ermənistan konstitusiyasında onların Türkiyəyə ərazi iddiaları var. Bu, gülüncdür. Ərazisi kiçik, əhalisi az olan ölkənin, böyük ölkəyə və NATO-da ABŞ-dan sonra ikinci orduya sahib olan Türkiyəyə qarşı ərazi iddiaları var. Bu, gülüncdür. Bu, onların əllərindədir, onlar bu ərazi iddialarına son qoymalıdır və onda bəlkə onların kommunikasiyaları açmaq imkanı olacaq. Çünki əgər onlar Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasalar, onların vəziyyəti hətta müharibədən əvvəl olduğundan da pis olacaq”.
- Qüds şəhəri ilə bağlı Azərbaycanın ədalətli mövqeyini nümayiş etdirdi: “Bizim mövqeyimiz həmişə aydın olub. Yenə də biz beynəlxalq ədaləti, beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icrasını təşviq edirik”.
- Dəymiş zərərin hesablanması üçün beynəlxalq şirkətlərin dəvət edildiyini və işğalçıların beynəlxalq məhkəmələrə veriləcəyini bildirdi.
- Ermənistanla sülh sazişi üzərində işləməyə hazır olduğunu bildirdi: “ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, bu, irəli getməyin yeganə yoludur və revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq. Yəni, çoxlu imkanlar və gözləntilər var, ancaq biz ABŞ administrasiyasının tam olaraq işə başlamasını gözləyir və mesaj almaq istəyirik ki, onlar bizimlə münasibətləri necə qurmaq istəyirlər”.
- İsrail dövləti ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı
.jpg)
Bütün bu amillər sübut edir ki, İ.Əliyev təkcə regionda deyil, bütün dünyada yeni münasibətlər sisteminin formalaşmasında əsas fiqurlardandır. Ölkələrarası mədəni və iqtisadi-siyasi əlaqələrin bundan sonra daha modern və sağlam şəkildə qurulmasında Azərbaycanın əhəmiyyətini bir daha nümyiş olundu.
Eyni zamanda, İ.Əliyev bütün məsələlərə məntiqli və əsaslı şəkildə yanaşmaqla, Azərbaycanın haqlı olduğunu bir daha sübut etdi. Neçə ki o, müharibə zamanı dünyanın 26 nüfuzlu media qurumuna müsahibə verərək bütün suallara açıq və aydın şəkildə cavab vermişdi. Hətta verilən qərəzli suallara Prezidentin arqumentli cavabları bir çoxlarını çıxılmaz duruma salmışdı.
İ.Əliyev müharibə dövründə təkcə Ermənistanı tərksilah etmədi, o həm də Azərbaycana qarşı olan digər qüvvələri də qətiyyətli addımları ilə zərərsizləşdirməyi bacardı. 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında 4 saat ərzində 35 media qurumunun 50-dək sualına cavabları Prezidentin yüksək bacarığından, diplomatik məharətindən, dərin elmi-politoloji biliklərə sahib olmasından və böyük liderlik keyfiyyətlərindən xəbər verirdi.
Mia.az
MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb - VİDEO
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesaj ifşa edildi: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib