Prezident Administrasiyası ilə Nazilər Kabineti birləşdirilir

img

16-01-2014 [12:00]


Prezident Administrasiyası ilə Nazirlər Kabineti birləşdirilir. "Yeni Müsavat”ın bu barədə əldə etdiyi məlumata görə, artıq bununla bağlı işlər başa çatmaq üzrədir. Söhbət ondan gedir ki, Nazirlər Kabinetindən Prezident Administrasiyasına dəhliz salınır.

NK-nın işçiləri və orada oturan kabinet üzvləri Prezident Administrasiyasına bu dəhlizlə gedib-gələcəklər. Görülən işlər bir müddət sonra başa çatacaq və dəhliz istifadəyə veriləcək.
Bu barədə məlumat verən şəxsin sözlərinə görə, bu iş hələ Elçibəy hakimiyyəti dövründə başlanıbmış. Amma hakimiyyət dəyişdiyindən yarımçıq qalıb. Ötən il isə hakimiyyət yenidən bu məsələyə qayıdıb və əsası Elçibəy hakimiyyəti dönəmində qoyulan dəhliz işini başa çatdırmağı zəruri sayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA