Nəqliyyatda sərnişindaşıma tarifləri artıb

img

14-01-2014 [14:26]


2013-cü ilin dekabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 1,4 faiz bahalaşıb, yükdaşıma tarifləri isə sabit qalıb. Trend-in Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumat görə, ay ərzində MDB ölkələrinə hava nəqliyyatı və dəmir yolu nəqliyyatı üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 3,5 və 16,9 faiz, digər xarici ölkələrə hava nəqliyyatı üzrə sərnişindaşıma tariflərində isə 8,9 faiz bahalaşma müşahidə olunub.

Dekabr ayında dəniz nəqliyyatında sərnişindaşıma tarifləri 2,3 faiz bahalaşıb. Boru kəməri vasitəsilə neft və qazın nəql olunma tarifi üzrə və avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri üzrə dəyişiklik müşahidə olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA