Xaçmaz rayon İcra Hakimiyyətindən at-eşşək açıqlaması

img

14-01-2014 [12:16]


Bu səhər Xaçmaz rayonu Qımılqışlaq kəndindəki meşə massivində 1000-ədək at və eşşək cəsədi tapıldığı haqda məlumat yayılıb. Bu hadisənin təfərrüatları barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Simsar.az-a verilən məlumata görə, hazırda həmin faktın dəqiqləşdirilməsi prosesi gedir. 

Daha sonra Xaçmaz rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq . İcra Hakimiyyətinin mətbuat xidmətindən bu hadisədən xəbərdar olmadıqlarını bildirdilər. Mətbuat rəsmisinin sözlərinə görə, "Bu qədər cəsəd hansı ərazidə tapılıb? Axı bu ərazidə heç 1000 ədəd at-eşşək yoxdu. Ancaq biz məsələni dəqiqləşdirib tezliklə bu barədə dəqiq məlumat verərik”.

Qeyd edək ki, hadisə barədə meşənin gözətçisi İlyas İlyasov məlumat verib. Gözətçi fakt barədə rəhbərliyə məlumat verdiyini bildirib. Həmin heyvanların ətindən kolbasa istehsalında istifadə olunaraq cəsədlərin qalıqlarının əraziyə axşam saatlarında gətirildiyi ehtimal olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA