İSBAM Baydenin “qondarma erməni soyqırımı” ilə bağlı açıqlamasına etiraz edib - Bəyanat
26-04-2021 [18:28]
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) ABŞ prezidentinin “qondarma erməni soyqırımı” ilə bağlı mövqeyinə dair bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"ABŞ prezidenti Co Bayden saxta “erməni soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər demokratiya və ədalət prinsipləri müdafiəçisi iddasında olan Birləşmiş Ştatların beynəlxalq nüfuzuna zərbədir. Bu Amerika tarixi üçün ən uğursuz çıxış kimi qeydə alınacaqdır.
Əgər məqsəd tarixi faktları obyektiv araşdırılmasıdırsa, bu iş tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduqlarını dəfələrlə bildirib və gerçəkliyi üzə çıxartmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.
Ermənistan tərəfinin tarixi faktları saxtalaşdırılması yalnız Türkiyə dövlətinə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. 1918- ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk müsəlman öldürülüb. Ötən əsrin insanlığına qarşı ən ağır faciəsi isə Xocalı soyqırımıdır. Ermənistan hərbi birləşmələri tərəfindən 26 fevral 1992-ci ildə Xocalı şəhərində amansız cinayət həyata keçirildi. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil bəşəriyyətə, insanlığa yönəlmiş ən dəhşətli cinayətlərdəndir. 30 ilə yaxındır Ermənistanın aqressiyasının, insanlıq cinayətinin siyasi-hüquqi qiymətinin almaması dünya siyasətinin ikili standartlarla idarə olunmasının təcəssümüdür.
Buyursun ABŞ höküməti ən yeni tarixdə baş vermiş həqiqi faktların ortada olduğu Xocalı soyqırımını tanısın. Bütün sübutlarla əhatə olunmuş Xocalı həqiqətini görməzdən gələn ABŞ-in Türkiyəyə saxta ittihamlarla təzyiq göstərməsi yolverilməzdir.
Təkcə son on illliklərdə ABŞ-ın Əfqanıstanda, İraqda, Suriyada və digər bölgələrdə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı günahsız dinc insanların qətlə yetirilməsinin hesabı kimdən sorulmalıdır? Ən yeni tarixdə baş vermiş bu insanlıq cinayətlərini göz ardı edilərək tarixi saxtalaşdırıb, 106 il əvvəlki dövrü yenidən yazmağa cəhdlər siyasi təzyiq məqsədi daşımaqdadır. Erməni lobbisinin yalan təbliğatına ABŞ hökümətinin özünün inandıraraq arzuolunmaz çıxışlar etməsi tarixi səhvdir. Türkiyənin haqqlı davasında daim onu müdafiə edərək, erməni uydurmalarını və siyasi ikili standartlara qarşı mübarizəmizi davam etdirəcəyik".
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
AFFA hesabat verir - VİDEO
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR