Füzuli Ələkbərovdan yeni xəbər; keçmiş nazirin yaxın kadrı danışdı

img

08-01-2014 [14:19]


"Təklif gələrsə, yenidən dövlət işində çalışmağa hazıram”. Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçmiş rəis müavini Rauf Tağıyev deyib. Onun sözlərinə görə, hazırda pedaqoji fəaliyyətlə məşğul olur: "Hazırda Bakı Dövlət Universitetində riyaziyyat müəllimi işləyirəm. Mən 17 il dövlət işində çalışmışam və beynəlxalq təşkilatlarda ölkəni təmsil etmişəm.

Təklif olarsa, bunu dəyərləndirə bilərəm. Miqrasiya xidməti, hesablama palatası, sosial təminat sahəsində iş təklif olarsa, bunları dəyərləndirməyə hazıram. İndi isə öz bilik səviyyəmi tələbələrimi aşılayıram”.

Rauf Tağıyev keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərovla əlaqələrindən da danışıb:

"Mənim də nazirliyin digər əməkdaşları kimi, F.Ələkbərovla əlaqələrim var. Bilirəm ki, keçmiş nazir hazırda istirahət edir”.
AzNews.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA