İqtisadiyyat Nazirliyi ilə NEXI arasında Anlaşma Memorandumu imzalanıb
20-04-2021 [13:20]
İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın “Nippon İxrac və İnvestisiya Sığortası” şirkəti (NEXI) arasında Ümumi Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Mia.az nazirliyə istinadən xəbər verir ki, sənədi nazir Mikayıl Cabbarov və NEXİ-nin sədri və baş icraçı direktoru Atsuo Kuroda imzalayıblar. Memorandumda Azərbaycan və Yaponiya arasında ixrac krediti və investisiya sığortası sahəsində bilik və təcrübənin artırılması məqsədilə müzakirələrin, həmçinin yerli və qonşu bazarlara dair məlumat mübadiləsinin aparılması və birgə təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bununla əlaqədar keçirilən tədbirdə M.Cabbarov Azərbaycan və Yaponiya arasında qarşılıqlı etimadın yapon şirkətlərinin ölkəmizdə fəaliyyətinə və investisiyalar sahəsində əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. O, bildirib ki, Yaponiya Azərbaycan iqtisadiyyatına investisiya yatıran əsas ölkələrdəndir. İqtisadiyyat Nazirliyi və NEXI arasında uğurlu tərəfdaşlıq qarşılıqlı ixracın artmasına, investisiya və ixrac sığortası sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkanlar açır. Bu gün imzalanan Memorandum isə yeni tərəfdaşlıq istiqamətlərini və investisiyaları stimullaşdıracaq.
M.Cabbarov Azərbaycanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, istehsal və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycanın rəqəmsallaşma dövründə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb və ölkəmiz Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşulub. Azərbaycanda bu Mərkəzin yaradılması rəqəmsal ekosistemin inkişafına, 4-cü Sənaye İnqilabı texnologiyalarının sürətli tətbiqinə təkan verəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi