Səttar Mehbalıyev qazinin ailəsinə yenə də 100 min verdi

img

07-01-2014 [16:52]


Dekabrın 25-də özünü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binası qarşısında yandıran və dekabrın 28-də dünyasını dəyişən II qrup Qarabağ əlili Zaur Həsənovun məzarüstü abidəsi AHİK sədri, deputat Səttar Mehbalıyev tərəfindən götürüləcək.

Bundan əlavə, hüzr mərasiminin keçirilməsi üçün ailəyə daha 10 min manat verilib.

Bunu virtualaz.org saytına açıqlamasında Zaur Həsənovun atası Həsən Həsənov dedi: "Səttar Mehbalıyev Zaurun həyat yoldaşı və böyük qızını işlə təmin edəcəyini bildirib. Bizimlə söhbətində isə dedi ki, Zaurun problemləri ilə bağlı ətrafı ona doğru məlumat verməyib. Buna görə də bu işdə cavabdeh olanları cəzalandırıb”.

H.Həsənov qeyd etdi ki, Səttar Mehbalıyev tərəfindən pul verilməsi, ailənin problemlərinin həlli faciənin baş verməsində günahkar olanların cəzalandırılması tələbinə təsir etməyəcək: "Mən oğlumu itirmişəm, pul onu geri qaytarmayacaq. Verilən pul da Zaurun çayxanası üçün kompensasiyadır. Həmin çayxana dağıdılmasaydı, Zaur indi həyatda idi. İndi hər gün müxtəlif insanlardan zəng gəlir, Zaurun borclu olduğunu bildirirlər. Bütün borclarını ödəyirəm. Tək istəyim Zaurun ölümünə bais olanların cəzalandırılmasıdır”.

Yada salaq ki, qazi xəstəxanada yatanda - vəfatından bir gün əvvəl AHİK rəhbərliyi onun ailəsinə 100 min manat məbləğində nağd pul vermişdi.

Qeyd edək ki, sosial şəbəkədə Səttar Mehbalıyevin Prezident Administrasiyasına çağırılaraq tənbeh edildiyi, bir neçə ay vaxt verildiyi haqda məlumatlar yayılıb. Xəbərdə qeyd olunur ki, Səttar Mehbalıyevin biznes sahələrində yoxlamalara başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA