Banklarda əmanəti olan vətəndaşların diqqətinə: bu qanun qüvvədən düşdü - DETALLAR
05-04-2021 [20:30]
2016-cı il 19 yanvar tarixdə qəbul olunmuş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 5 aprel 2021-ci il tarixdən qüvvədə olma müddəti başa çatıb.
Əmanətlərin Sığortalanması Fondundan Mia.az-a verilən məlumatda bildirilir ki, ötən dövr ərzində əmanətlərin tam sığortalanması mexanizminin həyata keçirilməsi ilə ölkədə iqtisadi böhranın bitməsinə, bank sistemində sabitliyin əldə olunmasına, fiziki şəxslərin əmanətlərinin itirilməsi riskinin qarşısının alınmasına və banklara depozit axınının cəlb olunmasına nail olunub.
Qeyd olunub ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcminin artırılması təşəbbüsü irəli sürülüb.
Göstərilənləri nəzərə alaraq “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclis tərəfindən qəbul edilib və 18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib.
“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilərək fiziki şəxslərin qorunan əmanətləri üzrə (illik faiz dərəcəsi milli valyutada 12 faiz, xarici valyutada 2,5 faiz) kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qaldırılıb.
“Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş əlavəyə əsasən, banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin 20 (iyirmi) min manat hissəsini kompensasiya kimi dərhal əldə edə biləcəklər.
Həmçinin “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş digər dəyişikliyə əsasən notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya həmin vəsaitlərin 100 faizi həcmində ödəniləcək. Belə ki, fiziki şəxslər tərəfindən notariat əməliyyatları zamanı (alqı-satqı və digər əməliyyatlar zamanı) notariusların depozit hesablarına yerləşdirilmiş vəsaitlər konkret təyinat üzrə olduğundan (yəni əmlakın alqı-satqısı, borc müqaviləsi və digər) və qısa zaman ərzində notariusun depozit hesabında qaldığından şəxsə məxsus həmin vəsaitlərin qorunan əmanətlərə aid olunacaq və bankda sığorta hadisəsi baş verdikdə bu cür vəsaitlər Fond tərəfindən tam kompensasiya ediləcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi