Rövnəq Abdullayev 7 min neftçini işsiz qoydu, kütləvi etirazlar başlayır - Yenilənib

img

28-12-2013 [13:08]



Dekabrın 28-də Abşeron Qazma İdarəsinin rəhbərliyi qurumun ləğv olunması haqda Dövlət Neft Şirkətinin qərarını işçilərə elan edib.

İşçilərin AzadlıqRadiosuna verdiyi məlumata görə, qərar ciddi narazılıqlara səbəb olub və onlar Prezident Administrasiyası qarşısına yığışmağa qərar veriblər: «Biz prezidentdən tələb edəcəyik ki, bu qərarı geri götürsünlər. Bizim idarə ilə yanaşı daha 6 idarə yanvarın 1-dən ləğv olunur. Təkcə bizim idarədə 750 nəfər çalışır. Kompleks Qazma İşləri Trestinə 7 idarə daxildir, bu idarələrdə ümumilikdə 6-7 min adam çalışır. İndi onların hamısını ləğv edirlər. Bağlanma barədə qərar da vermirlər ki, əlimizdə əmr olsun. İdarə rəhbərliyi şöbə müdirlərinə tapşırıq verib ki, heç kimin binadan çıxmasına imkan verməsin. İndi biz nahar fasiləsindən istifadə edib Prezident Administrasiyasının qarşısına gedirik».

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məsələdən məlumatsız olduqlarının bildirirlər.

****

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks qazma işləri İdarəsinin 7 trestinin bağlanması qurumun strukturu üzrə aparılan təkmilləşdirmə işləri ilə bağlıdır.

«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Kompleks qazma işləri İdarəsinin bəzi trestlərinin bağlanması ilə bağlı sualı cavablandırarkən bildirib: "İndi Sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir”. 

"Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri gələn ildən başlayaraq, şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin "Azəriqaz” İstehsalat Birliyində də aparılacaq», - deyə R.Abdullayev qeyd edib.

ARDNŞ rəhbəri vurğulayıb ki, bu trestlərin ləğv olunması nəticəsində ixtisar olunmuş 1100 nəfər işçinin çoxu yenidən işlə təmin olunacaq, qalanlarına isə təzminat ödəniləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA