Türkiyədən SOCAR-a şok cərimə – 9 milyon dollar

img

27-12-2013 [11:51]


Türkiyənin vergi orqanları «Petkim» şirkətini rekord səviyyədə- 9,2 milyon dollar cərimələyib. Türkiyənin «Dünya» qəzetinin yazdığına görə, şirkət 2008-2012-ci illərdə idxalla əlaqədar vergidən yayınmaya görə 4,6 milyon dollar cərimələnib. Vergi orqanlar vergi yayımına görə əlavə 4,6 milyon dollar maliyyə sanksiyası tətbib edib. Şirkətdən hər hansı vergi yayınmasını olmadığını əsas gətirərək, öz hüquqlarını məhkəmə yolu ilə qoruyacaqlarını bildiriblər.

Qeyd edək ki, Türkiyənin «Petkim» şirkətinn əsas sahibi Azərbaycanın Dövlət Neft Neft Şirkətinin «SOCAR&Turcas Enerji AŞ» adlı törəmə şirkətinə məxsusdur. İlk əvvəl burada 51 faiz paya malik olan ARDNŞ «SOCAR&Turcas Enerji AŞ» şirkəti «Turcas»a malik 25 faiz payı satın almaqla əsas səhm paketinə sahib olub. Bundan sonra şirkəti adını «SOCAR Turkey Enerji AŞ»ə çevirib. /bizimyolinfo.com/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA