Misir Mərdanov, Şahlar Əsgərov, Əli Həsənov... - YAP Veteranlar Şurasının ilk iclasında nələr müzakirə edilib? + FOTOLAR
18-03-2021 [14:18]
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının ilk iclası keçirilib.
Mia.az partiyaya istinadla xəbər verir ki, iclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VII qurultaydakı çıxışından irəli gələn vəzifələrdən bəhs edib, bu vəzifələrin layiqincə icra edilməsində Veteranlar Şurasının üzvlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov YAP Veteranlar Şurasının Əsasnaməsinin yaradılmasının, partiyanın yeni Proqramına dair təklif və tövsiyələrin işlənib hazırlanmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. Tahir Budaqov daha sonra Veteranlar Şurasının üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxış edərək, göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. YAP-ın VII qurultayında Veteranlar Şurasının yaradılması haqqında qəbul edilmiş qərarı təqdirəlayiq hal hesab edən A.Rəhimzadənin sözlərinə görə, bu qurumun əsas vəzifələrindən biri yaşlı nəsil ilə gənclər arasında əlaqələrin gücləndirilməsidir: “Bizlər 1990-cı illərin əvvəllərində respublikada mövcud olan proseslərin iştirakçıları olmuşuq. O dövrdə respublikada xaos, qeyr-sabitlik hökm sürürdü. Bu vəziyyətdən istifadə edən Ermənistan torpaqlarımızın bir hissəsini işğal etdi. Belə bir şəraitdə sağlam düşüncəli insanlar, ziyalılar dövlətimizi və xalqımızı düşdüyü bu ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyevin xilas edə biləcəyini düşünürdülər. Yeni Azərbaycan Partiyası məhz belə bir şəraitdə yaradıldı. Bütün bu tariximizi isə biz gənc nəslə olduğu kimi çatdırmalıyıq”.
YAP Veteranlar Şurasını sədri bu gün Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti sayəsində xalqımızın qələbə sevincini yaşadığını qeyd edib, bu uğurların davamlı olması üçün hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
İclasda daha sonra YAP Veteranlar Şurasının Əsasnaməsinin hazırlanması əlaqədar işçi qrupun yaradılması haqqında qərar qəbul olunub. Həmçinin, Yeni Azərbaycan Partiyasının yeni Proqramının hazırlanmasında təklif və tövsiyələrin irəli sürülməsi, eləcə də Veteranlar Şurasının iş planının hazırlanması ilə əlaqədar təkliflər müzakirə olunub.
Veteranlar Şurasının üzvlərindən Xeyrəddin Qoca, Südeyif İmamverdiyev, Misir Mərdanov, Şahlar Əsgərov, Tahir Məmmədov, Əli Həsənov və Ədilə Abbasova cıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsallı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı