Qüdrət Həsənquliyev: "500 dövlət müəssisəsi hökumətə tələb olunan hesabatı verməyib"
16-03-2021 [16:16]
“500 dövlət müəssisəsi hökumətə tələb olunan hesabatı verməyib. Hərraclarla bağlı da irəliləyiş yoxdur”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, ümumilikdə özəlləşdirilən əmlakın dəyəri 61,5 milyon manat olub: “Özəlləşdirmə sürətlə həyata keçirilməlidir. Bu qədər dövlət şirkətini saxlamağın heç bir əhəmiyyəti yoxdur. İqtisadiyyatımızı yenidən qurmaq üçün xaricdən mütəxəssislər dəvət etməyə ehtiyac var. Bunu hökumət üzvləri etməlidir. Burada utanılası, çəkinəsi heç nə yoxdur. Prezident İlham Əliyevin də tapşırıqları var. Torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi üçün müraciətlər olunub. Bakı kəndlərin ətrafındakı torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır. Amma əhalinin sayı artır. Bu gün torpaqların təyinatının dəyişdirilməsində hökumət neqativ mövqe sərgiləyir. Hökumət bu siyasətinə yenidən baxmalıdır. Dünyanın hər yerində əhalinin sosial müdafiəsinə cavabdeh olan qurum çalışır ki, bu istiqamətə daha çox pul ayrılsın. Amma bizdə bu qurum fəxarətlə daha az pul xərclənməsindən bəhs edir. İnsanların normal ünvanlı sosial yardım ala bilməsi üçün qərarlar dəyişdirilməli, yaxud hökumət çox çevik olmalıdır”.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində ölkə prezidenti onlarla dünya televiziyasına müsahibələr verib, informasiya savaşı aparıb: “Bizə ən azı MDB məkanında yayımlanacaq rus dilində televiziya lazımdır. Biz bu regionda yaşayırıq. İkincisi, bütün dünyada ingilis dilində yayımlanacaq televiziyaya ehtiyac var. Digər bir problemə də toxunum. Bizdə nəqliyyat daşımaçılığı ilə həm dövlət, həm də özəl şirkətlər məşğul olur, amma sərnişindaşımada qiymətlər demək olar ki, eynidir. Dövlət əmlakının idarəetməyə verilməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bu qanun layihəsini səbirsizliklə gözləyirəm. Eyni zamanda Rəqabət Məcəlləsinin də ən qısa zamanda qəbuluna ehtyac var”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi