25-12-2013 [12:32]
Bakı Metroplitenində bir sərnişinin daşınmasının maya dəyəri son illərdə beş dəfədən çox artıb. Bu barədə prezident İlham Əliyev Bakı və ətraf qəsəbələrinin inkişafına dair II Dövlət Proqramının yekunlarına dair keçirilən konfransdakı çıxışında bildirib.
Prezidentin sözlərinə görə, hazırda metroda bir sərnişinin daşınması dövlətə 1 manatdan yuxarı başa gəlir.
"Turan” agentliyi isə xatırladır ki, iki il əvvəl Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov bir sənişinin daşınmasının dövlətə 49 qəpiyə başa gəldiyini açıqlamışdı. Onun hesablamalarına yeni stansiyaların tikintisinə, metro təsərrüfatının işlədilməsinə, qatarların yenilənməsinə və digər işlərə çəkilən xərclər də daxil idi.
"Bakelektrikşəbəkə” isə bildirmişdi ki, hökumətlə razılaşmaya əsasən Bakı Metropoliteni aldığı elektrik enerjisinin pulunu ödəmir. Bundan əlavə, son iki ildə elektrik tarifləri dəyişməyib. Bu baxımdan metroda bir sərnişinin daşınmasının maya dəyərinin iki dəfədən çox artmasının səbəbləri məlum deyil.
Lakin ekspertlərin qənaətinə görə, dövlət başçısının bir sərnişinin daşınmasının metroya 1 manatdan yuxarı başa gəlməsini xatırlatması o deməkdir ki, gələn ildən, çox güman ki, ilin əvvəlindən metroda gediş haqqı 2, yaxud 2,5 dəfə artaraq 40, yaxud 50 qəpik olacaq. Çünki bir sərnişinin daşınmasının maya dəyəri ilə indiki gediş haqqı arasında fərq beş dəfədən çoxdur. Bu isə metroya dövlət büdcəsindən daha çox dotasiyaların ayrılmasını tələb edir. Hansı ki, gələn ilin dövlət büdcəsi kəsirlə planlaşdırılıb, hökumət iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün yeni iqtisadi siyasət həyata keçirməyi qərara alıb.
Bu siyasət özündə tariflərin artırılmasını da nəzərdə tutur. Xatırladaq ki, gələn ili gözləmədən Tarif Şurası artıq benzini bahalaşdırıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva bildirib ki, metroda bir sərnişinin daşınmasının maya dəyərinin iki dəfədən çox artmasının səbəbi tikinti materiallarının alış qiymətlərinin, görülən işlərin haqqının, habelə podratçıların xidmət haqlarının artması ilə bağlıdır. Bundan əlavə, yeni metro xətləri və stansiyalar da tikilir, bu isə dövlət büdcəsinə əlavə yük gətirir.
"Metroda gediş haqqını biz qaldırmırıq, lakin obyektiv olaraq hər il təsərrüfat xərcləri artır. Metro 100 faiz dövlət subsidiyalarından asılıdır, ona görə də qiymətlərin artırılması barədə qərarı da dövlət qəbul edir” - deyə metropoliten rəsmisi bildirib.
Beləliklə, metroda gediş haqlarının tezliklə bahalaşacağı qaçılmazdır. Lakin bu hələ son deyil. Gələn ildən əhaliyə satılan təbii qazın, elektrik enerjisinin, kommunal xidmət tariflərinin də atırılacağı gözlənilir.
Prezident İlham Əliyev dekabrın 23-də keçirilmiş konfransdakı çıxışında "Azərbaycanda təbii qazın, benzinin, elektrikin digər ölkələrə nisbətən əhaliyə xeyli ucuz satıldığını” bildirib.
Bu "ucuzluq” barədə xatırlatma isə tariflərin artırılmasına zəmin hazırlamağa yönələ bilərdi. Çünki benzin bahalananda da rəsmilər bunu yanacağın Azərbaycanda digər ölkələrdən xeyli ucuz satılması ilə əsaslandırmışdılar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi