SOCAR Qazprom-a tenderdə qalib gəldi - VİDEO

img

22-12-2013 [20:21]


Azərbaycan Dövlət Neft Şirkəti ilə Yunanıstan hökuməti arasında qaz paylayıcı şirkəti Desfanın almasına dair "Səhmlərin Alqı-Satqı Müqaviləsi” və "Səhmdarlar haqqında Müqavilə” imzalanıb. Bununla da Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Petroleum” şirkətini elan etdiyi tenderin nəticələri rəsmən təsdiqlənib və Dövlət Neft Şirkəti bu ölkənin qazpaylayıcı sistemi olan "DESFA” şirkətinə məxsus səhmlərin 66 %-ni qazanıb. 


Dövlət şirkətin rəsmi saytında yerləşdirilən açıqlamaya görə, "DESFA” şirkətinə məxsus səhmlərin böyük hissəsisinin ARDNŞ tərəfindən alınması Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunu artıracaq, bu saziş Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edəcək. Beləliklə də xəzər regionunda təbii qaz kəmərləri sisteminin istismarı sahəsində böyük təcrübə qazanmış neft şirkəti Avropa ittifaqı ölkələrində bu tipli ilk layihədə, Yunanıstanda fəaliyyətə başlayır.

İmzalanan sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Xatırladaq ki, "SOCAR” dan başqa Yunanıstanın "Depa” dövlət qaz şirkətinin törəmə müəssisəsi olan "DESFA” ya Rusiyanın Qazprom şirkəti də iddia edirdi. Lakin sonradan heç bir səbəb göstərmədən Qazprom "DESFA” nın satışı üzrə müsabiqədə iştirak etməkdən geri çəkildi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA