Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
01-03-2021 [00:06]
Qoç - Titan və Qanimedin münasibətləri nahara qədər olan vaxtda effektiv çalışmağı əngəlləyəcək. Cari işlərlə məşğul olun, təcili görüləsi işləri başa vurun.
Səhər qarşılaşacağınız sədlər aşmaq üçün plan hazırlayın.
Hələliksə köhnə ideyalara nəzər salmaq, yazışmaları saf-çürük etmək olar.
Günün ikinci yarısı işgüzar məsələlərin həlli üçün daha əlverişlidir.
Axşam saatlarında evdə olmağa çalışın.
İmkan varsa, alış-veriş edin. Ərzaq ehtiyatlarını tükənməyə qoymayın.
Buğa - Serera və Ayın münasibətləri günü yetərincə qarışıq edəcək. Əgər təcili işiniz varsa, onu təkbaşına başa çatdırmağa çalışın.
Günün ikinci yarısında məhsuldar və maraqlı vaxt başlanacaq. Yeni perspektivlər yaranır. Hətta itki olsa belə, sizi ağrıtmayacaq. Əks cins mənsubu sizinlə maraqlanacaq.
İmkanlarınız, maraqlarınız, istəkləriniz barədə bir daha fikirləşin.
Axşam saatlarını sizi maraqlandıra biləcək məşğuliyyətə həsr edin. İşgüzar və şəxsi münasibətlər yeni mərhələyə qədəm qoyur.
Əkizlər - Triton və Haronun münasibətləri günü impulsiv, hisslərdən asılı zamana çevirəcək. Məntiqli davranın, istənilən əməl və ya işin səmərəsini düşünün. Tək qalmayın, işdə həmkarlarınızla səmimi ünsiyyətdə olun.
Toplantı və ya iclas zamanı unutduğunuz məqamı qəflətən xatırlaya bilərsiniz.
Günün ikinci yarısı konkret maddi işlər üçün əlverişlidir. Bacarıq və istedadlarınızı nümayiş etdirin.
Nəzərdə tutduğunuz iş cari işlər və təmaslar çərçivəsindədirsə, uğurla başa çatacaq. Ünsiyyət dairəsini müvəqqəti olaraq məhdudlaşdırın.
Xərçəng - Amalteya və İonun münasibətləri günün ilk yarısında sizi tələsik, düşünülməmiş addımlar atmağa vadar edə bilər. Səbrsiz olmayın.
Hərəkətləriniz məqsədyönlü olsun.
Günün ikinci yarısı sizdə qətiyyət hissi yaradacaq.
Görüş və danışıqları planlaşdırmaq olar. İşdə rəhbərlik və həmkarlarla müzakirələr uğurlu alına bilər.
Ailədə ümumi planları müzakirə edin. Kimə və nə vəd etdiyinizi xatırlayın.
Axşam saatlarında dostlarla görüşmək olar.
Paylaşmaq istədiyiniz informasiya peyda ola bilər.
Şir - Kallisto və Mimasın münasibətləri günün ilk yarısında hadisələri xaotik, qarışıq edəcək. Təşəbbüsləri təxirə salın, yeni tədbirlər planlaşdırmayın.
Sənədləşdirmə üçün əlverişli vaxtdır. İş yerində, sənədlərdə, yazışmalarda qayda yaradın.
Qarşıda sizi yeni işlər və planlar gözləyir.
Sonradan sizə yeni işlərlə tapşırıqların öhdəsindən uğurla gəlməyinizə mane ola biləcək ünsürlərdən qurtulun.
Günün ikinci yarısı daha məhsuldar olacaq. Görüş, səfər, məlumatla iş çətinlik yaratmayacaq.
Axşam saatları ünsiyyət, ailəvi tədbirlər üçün məsləhətlidir.
Qız - Pasife və Tefayanın münasibətləri tərəfdaşlıqla əməkdaşlıqda yeni mərhələnin bünövrəsini qoyur. İşdə və şəxsi həyatda yenilik ola bilər.
Yeni ideyalar, təkliflər, əlaqələrə maksimum diqqət ayırın. Alınan bütün məlumatlara, əməkdaşlıqda maraqlı olan insanların sözlərini qulaqardına vurmayın.
Diqqətli olun, inadkarlıq etməyin. Bu gün müəyyən məsələ geri çəkilmək, güzəştə getmək, kompromiss variant seçmək olar. Mövqelərinizin möhkəmlənməsini gözləyin.
Axşam saatları ailəvi görüşlər, cari alış-veriş, ev işləri üçün əlverişlidir.
Sevdiyiniz insana daha çox diqqət ayırın.
Tərəzi - Enselad və Umbrielin münasibətləri günün ilk yarısında sizi müəyyən problemlərlə qarşılaşdıra bilər.
Konkret nəticələrin gözlənildiyi işlər planlaşdırmayın. Ünsiyyəti, məlumat alınmasını məhdudlaşdırmayın. Əlaqələr və təmaslar perspektivlidir. Fəqət, vaxtınızı boş söhbətlərə sərf etməyin.
Günün ikinci yarısında diqqəti cəmləmək, daha çox iş görmək olar. Ətrafınızdakı insanlar söhbətlərində ciddi məqamlara toxunmağa çalışacaqlar. Baş verənlərdə faydalı məzmun aramağa can atın.
İşlərin bir qismini tərəfdaş, dost, yoldaş və ya həmkara etibar edin.
Axşam saatlarını ailə üzvləri ilə birlikdə keçirin.
Əqrəb - Deymos və Ledanın münasibətləri günün ilk yarısında planlarınıza müəyyən məneələr yarada bilər. Əlavə işlərə və qayğılara hazır olun.
Günün ikinci yarısında bəzi proseslərin intensivliklə sürəti aşağı düşə bilər.
Aramla, tələsmədən, qərarlarınızı ölçüb-biçərək çalışın.
Yaşananlar və xüsusilə də duyğularla bağlı götür-qoyun zamanıdır.
Rifahınızı gücləndirə biləcək işlərə maksimum diqqət ayırın. Köhnə işləri başa vurmamış yeni işlərə başlamayın.
Maddi durumunuz imkan verərsə, alış-veriş etmək olar.
Qonaq gələ bilər.
Oxatan - Yupiter və Oberonun münasibətləri günün ilk yarısını qeyri-effektiv edəcək. Hadisələrə aktiv müdaxilə etməyə, şərtləri anlamağa, imkanlardan maksimum yararlanmağa çalışın.
Günün ikinci yarısında iş və yaşam məkanında yenidən təşkilatlanma, həmkarlarla münasibətlərin normaya gətirilməsi ilə məşğul olun.
Yaşanmış hisslərə, köhnə əlaqələrə, ünsiyyətdə olduğunuz insanlara yenidən baxmaq vaxtıdır.
Fəaliyyət arealınızı təmizləyin.
Sevdiyiniz insana olan hisslərinizə maddi dəstək verin.
Axşam saatlarında yarımçıq işi başa vura bilərsiniz.
Oğlaq - Makemake və Marsın münasibətləri günü iş üçün sərfəli edir. Yaranan imkanlar arasında gərəkli olanı seçərək şansdan yararlanmaq lazımdır.
Məlumat və xəbərləri izləyin, poçt qutunuzu yoxlayın, sizdən gözlənilən məktubları yollayın.
Evdə qayda yaratmaqla yanaşı, ciddi yeniliyə başlamaq olar.
Dəvət aldığınız tədbirə qatılmaq məsləhətdir.
Axşam saatları aktiv istirahət və yaradıcılıq üçün əlverişlidir.
Dolça - Uran və Neptunun münasibətləri sizdən aramla, tələsmədən davranmağı tələb edir. Nəyə malik olduğunuzu yaxşı götür-qoy edin, sonra da istəyinizi bir daha nəzərdən keçirin. Qarşıda cazibədar perspektivlər var. Fəqət, hələlik məlumat toplayın, səbrli olun, irəliləyişə zəmin hazırlayın.
Yaşamda qayda, nizam hissi yaranır. Çətinliklər olsa da, ruhdan düşməyin.
Mühüm görüş və tədbirləri günün ikinci yarısına planlaşdırın.
Evlə bağlı işləri görün, qohumlara yardım edin.
Balıqlar - Fobos və Himaliyanın münasibətləri yaxın ətrafınızda baş verənlərlə miqyasda perspektiv verəcək.
Fəaliyyət istiqaməti və qərarların dəyişməsi ehtimalı böyükdür. İşlərin bəzilərinin reallaşması çətinləşsə də, perspektivlər artıq bəllidir.
Günü rasional keçirməyə çalışın.
Qəti addımlar üçün günün ikinci yarısı daha münasibdir.
İnformasiya ilə işləmək, işgüzar yazışma aparmaq, gərəkli zənglər etmək olar.
Yolda ehtiyatlı davranın.
Axşam saatları sakit keçəcək, sizi xoş perspektiv və ya xəbərlə sevindirəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi