XOCALIYA BAĞLANTIMIZ ONU AZAD EDƏCƏK!
27-02-2021 [16:47]
ATİF İslam oğlu İSLAMZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru
***
Biz düşmən üzərində 2020-ci ildə hərbi qələbə çaldıq. Xocalınının işğaldan azad olunması isə mənəvi qələbəmizin yekunu ola bilərdi. Təəssüf ki, dünyada gedən eybəcər siyasi proseslər, ikili standartlar, ədalətsiz münasibətlər bu qələbənin də təmin olunmasına mane oldu.
Əlbəttə, burada ilk qınanılan təbiidir ki, Rusiyadır. Elə Xocalı qətliamının da törədilməsində Rusiyanın mühüm rolu var idi. Bununla Rusiya vahimə yaradıb prosesləri ermənilərin xeyrinə dəyişməyə nail ola bildi. Çünki canını fəda edən oğullarımız o zaman da əslində bütün dünya ilə döyüşürdü. Lakin təəssüf ediləsi haldır ki, Rusiyanın bu gün də bölgədə bu qədər qətiyyətlə hərəkət etməsinə özünü demokratiyanın qarantı sayan ölkələr də səbəb oldu. Təsəvvür edin ki, Türkiyənin kiçik bir bölüyü ərazilərə daxil olsaydı dünya müharibəsi başlaya bilərdi. Ən azından regional müharibənin olacağına söz ola bilməzdi. Az qala dünyanın bütün ölkələri buna nəinki aqressiv münasibət bildirər, hətta qaça-qaça öz “sülhməramlı” mənfəət məramlılarını Qarabağa göndərərdi. Ancaq Rusiyanın bir gecədə bölgəyə gəlişi heç bir dövlətin mənfi reaksiyasına səbəb olmadı. Bu gün ABŞ məlum proseslərlə bağlı bəhanələrini zəif də olsa, ortaya qoya bilər ki, Vaşinqtonda gedən seçkilər indiyə qədər olmadığı kimi arzuolunmaz şəkil aldı. Bəs özünü demokratiyanın anası hesab edən və bunu həmişə öz təbliğatlarının tərkib hissəsinə çevirən Avropa nə üçün səsini çıxara bilmədi? Yoxsa bizim qələbəmiz onları da bu qədər narahat etmişdi? Doğrudanmı Rusiyadan bu qədər qorxurlar? Heç inandırıcı görünmür. Əgər davrandıqları kimi qorxsaydılar, həftədə bir Rusiyaya iqtisadi-siyasi sanksiyalar tətbiq edə bilməzdilər.
Xocalısız qələbə yoxdur. Mənəvi qələbə isə heç yoxdur. Təsəvvür edin ki, Xocalıda genosid törədənlər Xocalının alınmasına imkan vermədi. “Xocalıda soyqırım həyata keçirmişik və bu gün də Xocalını əlimizdə saxlayırıq” deyənlər millətimizin qələbə ovqatını pozmağa çalışan mənfur qüvvələr, erməni və rus müttəfiqliyidir. Bu gün heç kim 366-cı motoalayının Xocalı soyqırımında iştirak etdiyini unutmayıb. Eyni zamanda Xocalının müvəqqəti də olsa, azad oluna bilməməsi gələcək prioritetlərin qarşısını kəsir, mənəvi-psixoloji baxımdan gələcək proseslərə əngəl törədir. Çünki Xocalı azad olunmadan Azərbaycan əhalisinin, Qarabağ sakinlərinin ermənilərlə birgə yaşaması mümkün deyil. Ortada bu qədər böyük faciə varsa, xüsusilə də o faciə genosid mahiyyəti ilə törədilibsə, onu törədənlərlə bir yerdə yaşamaq, ictimai-sosial münasibətlər qurmaq nə dərəcədə ağıla batan hərəkət ola bilər? Hələ qırğın törədilən Xocalı o qırğını törədənlərin əlində qalıbsa, bu açıq-aşkar millətə təhdid və müharibə ehtimalından başqa heç nə vəd etmir. Bu baxımdan geri qayıdacaq torpaqların başında ilkin olaraq Xocalı gəlməlidir.
Biz bu proseslərdə Azərbaycan tərəfini qalib hesab edirik. Hətta Türkiyəni Azərbaycana, Azərbaycanı bütün türk ölkələrinə və Çinə qədər böyük Türküstanı bir-birinə birləşdirib meydana çıxaracaq mühüm zəfərə imza atılıb. Ancaq bu ardıcıllıqda öncə Xocalı məsələsi həll olunmalı, xalqın mənəvi qələbəsi təmin olunmalıdır. Ümid edirik ki, dünyada gedən proseslər bu niyyətlərin həyata keçməsini də reallaşdıracaq. ABŞ-da demokratların hakimiyyətə gəlməsi ən uzaq halda 2021-ci ilin sonuna kimi Rusiyaya elə bir siyasi problemlər yaradacaq ki, hətta Qarabağda qala bilməsi belə çətin olacaq. Türkiyə kimi Nato ölkəsini də unutmaq qətiyyən düzgün olmaz. Türkiyə ilə bütün münasibətlər indikindən də artıq səviyyədə ön plana çəkilməli, Türkiyənin Qarabağda olan yeri daha da aktiv səviyyədə təmin olunmalıdır. Hər halda ən azından tarixi və milli zərurət bunu tələb edir.
Qarabağ savaşında şəhid düşən bütün şəhidlərin ailələri əl üstündə saxlanmasa, bu bizim gələcək proseslərdə yanlış yolda olduğumuza mesaj ola bilər.
Qazilərimiz də eyni şəkildə layiqli qiymətlərini almalıdır. Bir nəfər belə diqqətdən kənarda qalarsa, bu dövlətin içində təxribat hesab olunmalı, bunu yaradan məmurlar haqqında geniş ictimai rəy yaradılıb ifşa edilməlidirlər. O zaman Xocalı bizi başa düşər, bizi bağışlayar, onu almaq imkanımız olsaydı, alacağımızı qəbul edər. Torpaq mənəvi baxımdan bizdə qalmasa, fiziki baxımdan geri dönməz. Qarabağ ona görə alına bildi ki, heç kim Qarabağın alına bilməyəcəyi kimi düşmən təbliğatına uymadı. Hər zaman əzəli torpaqlarımızın alınacağına inandı. Bu baxımdan xırda istisnalarla hər birimizin proqnozu gerçəkləşdi. Çünki bu proqnoz deyildi. Məntiq deyildi. Mənəviyyat idi, duyğu idi, bağlantı idi. İndi Xocalıya bağlantımız olduğu kimi.
Xocalı barədə bir məsələni də qeyd etmədən keçmək olmaz. Belə bir söz var, “Bir nəfərin ölümü faciədir, milyonların ölümü isə statistika”. Ancaq bu söz soyqırımlar üçün keçərli deyil. Təbii ölümlər üçün keçərlidir. Xocalı qətliamı və soyqırımında hər kəs tək-tək öyrənilməli və bu genosid dünya ölkələri tərəfindən qəbul olunmalıdır. Hər il ermənilərin Türkiyəyə qarşı azğınlıqla qaldırdıqları 1915-ci ilin soyqırım yalanı artıq dünyanın aparıcı bir neçə dövlətinin parlamentində qəbul olunub. Ona baxmayaraq ki, hər yerdə olduğu kimi əslində Türkiyədə də soyqırımı ermənilər özləri törədiblər. Van qırğını və s. Türkiyənin cümhurbaşqanı R.T.Erdoğan hər il qarşılıqlı arxivlərin açılmasını tələb etsə də, ermənilər indiyə qədər bundan qaçır. Elə burada da “tülkünün şələ quyruğu görünür”. Ancaq bu yalan hələ baş alıb yürüməkdə davam edir. Həm bu yalanın qarşısını kəsmək, həm də Xocalı haqqını bərpa etmək üçün Xocalı soyqırımını bütün dünya parlamentlərində təsdiq etdirmək yalnız Azərbaycanın deyil, Türk xalqlarının strateji məqsədi olmalıdır. Təəssüf ki, həmişə olduğu kimi, türk dövlətləri arasında bu istiqamətdə də əsas işi görən Türkiyə dövlətidir. Əbəttə, bu istiqamətdə müəyyən addımlar atılmış, bir neçə dövlət Xocalı soyqırımını tanımışdır. Ancaq bu yetərli deyil. Daha böyük və ardıcıl fəaliyyət tələb olunur.
Xocalı barədə bir məsələ də unudulmamalıdır. Xocalının statistik ölümü əsas etibarilə bu şəkildə verilir: “Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın,
70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil (Bax: Xocalı soyqırımı / Vikpediya, Azad Ensiklopediya).
Bu məlumatlar demək olar ki, eyni şəkildə kitablarda, dərsliklərdə və s. mətbu orqanlarda, eləcə də sosial mediada təkrarlanır. Ancaq unutmaq lazım deyil ki, kənd və yaxud rayon statistikasını əsas götürmək müharibə şəraitinə aid edilə bilməz. O zaman müxtəlif yerdəyişmələr, dislokasiyalar, fərqli demoqrafik göstəricilər və s. meydana çıxır. Qətliam zamanında Xocalıda nə qədər adam olubsa, hansı səbəbdən oraya gəlibsə, hər biri bir-bir araşdırılmalı, daha dəqiq statistika meydana qoyulmalıdır.
“Nahaq qan yerdə qalmaz!” deyiblər. Bunu deyənlər Allah inancı daşıyan bir əxlaqın daşıyıcısı olublar. Bunu deyənlər “Allah buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymaz” da deyiblər. Çünki o buynuzsuz qoçun bir gün buynuzunun çıxacağı və Uca Allahın verdiyi fürsətlə qisasını alacağına inanıblar.
Qisas günü İnşəllah çox yaxındır. Biz Xocalıya gələcəyik və Əziz Xocalı, biz gəlmişik, bizi bağışla!” deyəcəyik. İnanırıq ki, o gün uzaqda deyil! Biz mütləq zəfər çalacağıq. Çünki haqlı olan bizik. Haqlı olan Haqla olandır. Yəni Uca Allahla olandır. Müzəffər olan yalnız Uca Allahdır!
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər