Pərviz Şahbazov nazirliyin rəhbər şəxslərini topladı, tapşırıqlar verdi
25-02-2021 [18:25]
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə dair video-konfrans formatında kollegiya iclası keçirilib.
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın qan yaddaşına çevrilən Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı Xocalı qurbanlarının xatirəsi yad edilib. Bildirilib ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış şanlı qələbə ilə beynəlxalq ədalətin bərpasına nail olunub.
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Vətən naminə canından keçmiş şəhidlərimiz dərin hörmət və hüznlə anılıb və Xocalı faciəsindən bəhs edən video-çarx nümayiş etdirilib.
Ad - 00:36
ƏTRAFLI
Optimal Sərfəlidir
Kollegiya iclası 2020-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrə dair müzakirələrlə davam edib. İclasda neft-qaz, elektronergetika, enerji səmərəliliyi, energetika sahəsində hüquqi-normativ bazanın təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, tənzimləyici mühitin inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə 2020-ci ildə görülmüş işlərə dair nazirliyin aparatının müvafiq struktur bölmələrinin, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin hesabatları dinlənilib.
Daha sonra iclasda icra intizamı, vətəndaş müraciətlərinə baxılması məsələləri müzakirə edilib.
Yekunda kollegiyanın sədri, energetika naziri Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq yaşıl enerji məkanının yaradılması, həmçinin işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyi, dövlət proqramlarının icrası, beynəlxalq əməkdaşlıq, icra intizamının daha da gücləndirilməsi, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması və digər məsələlərlə bağlı nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR