Əhalinin ərzaq xərci açıqlanıb

img

17-12-2013 [15:16]


Yanvar-noyabr ayları ərzində 17.2 milyard manat məbləğində və ya keçən ilin müvafiq dövründə olduğundan 9.7 faiz çox istehlak malları satılıb.MIA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, həmçinin bu müddətdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.3 faiz çox, yaxud 5.7 milyard manatlıq pullu xidmət göstərilib.

Satılmış malların 8.9 milyard manatını və ya 51.7 faizini ərzaq məhsulları, 8.3 milyard manatını qeyri-ərzaq malları təşkil edib.

Əmtəə dövriyyəsinin 12.2 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 37.9 faizi bazarlar və yarmarkalar, 49.9 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA