YAP Siyasi Şurasının üzvü: "İndiki zamanda Minsk qrupunun missiyasına ehtiyac qalmayıb"
18-02-2021 [19:35]
“Otuz ilə yaxın idi ki, dünyanın aparıcı dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlarından, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə 1992-ci ildə yaradılan, amma fəaliyyətsizliyi ilə tarixə düşən ATƏT-in Minsk qrupu həmsədrlərindən ədalətli mövqe gözləyən Dağlıq Qarabağ münaqişəsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun şücaəti sayəsində öz həllini tapdı. Ölkəmizi daim düşündürən «ATƏT-in Minsk qrupu nə üçün 30 ilə yaxın müddətdə işğalçıya «dur» demək istəmədi» sualını 44 günlük İkinci Qarabağ müharibəsi ətraflı cavablandırsa da, qurumun son bəyanatı bir daha ötən illərə nəzər salmağı bir zərurətə çevirir. Daim beynəlxalq səviyyədə də bu mühüm məqam etiraf edilirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgədə sülhün, təhlükəsizliyin, iqtisadi tərəqqinin əldə olunmasına böyük maneədir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu məsələnin nizamlanması istiqamətində səylərini artırmalı, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasına nail olmalıdır. Bu gün də sual olunur: 44 gündə Azərbaycan Ordusu bu qərar və qətnamələri icra etdi, bəs nə üçün ATƏT-in Minsk qrupu yaradılan möhkəm hüquqi baza əsasında onları 30 ildə icra edə bilmədi? ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Ən əsası onlar həmin qətnamələrin hazırlanması ilə yanaşı, qəbuluna imza atan dövlətlərdir.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, hadisələrin təhlili göstərdi ki, Minsk qrupunun əsas missiyası ötən bu müddətdə eyni bəyanatları təkrarlamaqdan, məsuliyyəti münaqişəli tərəflərin üzərinə atmaqdan, regiona turist gəzintisinə bənzəyən nəticəsiz səfərlər etməkdən, işğalçı ölkənin törətdiyi təxribatları, terror aktlarını, cəbhəboyu ərazilərə yaxın yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmasını, dinc əhalini qətlə yetirməsini seyr etməkdən ibarət olub: “Məgər beynəlxalq hüququn norma və prinsiplərində seyrçi mövqedə dayanmaq tələb olunur? Azərbaycan dövləti daim münaqişənin həllində bütün beynəlxalq təşkilatların malik olduqları potensialdan istifadə etmək istəyini ortaya qoysa da, ATƏT-in Minsk qrupunun həmsədrləri bunu onların vasitəçilik missiyasına maneə, ən əsası Azərbaycan tərəfinin vasitəçilikdən imtinası kimi dəyərlədirirdilər. 30 il imitasiya naminə danışıqlara dəstək olan qurum Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşmasından sonra bölgədə sabitliyin təşviqindən, vasitəçilikdən bəhs edirsə, məsələyə belə yanaşma təəccüb doğurmaya bilməz. Məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) birgə bəyanat yayıblar. ATƏT-in rəsmi saytında yer alan həmin bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Ayvazyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayrılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi Nümayəndəsi Andjey Kaspşik görüşlərə qatılıb. Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə əlaqədar fikir mübadiləsi aparıblar.”
Baş redaktor vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ münaqişəsində hərbi-siyasi Qələbəsi ilə yeni reallıqlar yaradıb: “Bu reallıqlar, eyni zamanda, yeni əməkdaşlıq formatlarını formalaşdırır. 10 noyabr Bəyanatının 9-cu bəndi, iqtisadi əlaqələrin qurulması əsasında yanvarın 11-də Moskvada Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat da bu reallığın təqdimatı olmuşdur ki, regionda yeni reallıqlar yaradan Azərbaycan üçtərəfli razılaşmada əksini tapan bütün müddəaların icrasında maraqlıdır, ən əsası regionda sabitliyin, sülhün və təhlükəsizliyin təminatı iqtisadi əlaqələrin qurulmasına geniş imkanlar açır. O da məlumdur ki, yanvarın 30-da münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədi ilə Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, eyni zamanda, Rusiya-Türkiyə tərəfdaşlığının daha bir əyani təzahürü kimi qeyd edilir. Mərkəz tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsində, mümkün insidentlərin qarşısının alınmasında, araşdırılmasında effektiv və etibarlı nəzarəti təmin edəcək.”
Vüqar Rəhimzadənin qənaətinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə həm dünyanın aparıcı dövlətlərinə, həm də nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi ki, münaqişənin hərbi yolla həlli variantı mümkündür və Azərbaycan tarixi Qələbəni məhz döyüş meydanında qazandı. “Hərbi variant yoxdur” deyənlərin əsas məqsədi mövcud vəziyyəti olduğu kimi saxlamaq idi. Dövlətimizin başçısı status-kvonu, təmas xəttini rədd etməklə, bu fikrə düşənlərin bütün planlarını alt-üst etdi: “ATƏT-in Minsk qrupunun həmsədrləri artıq şahiddirlər ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Məsələnin nizamlanmasında müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilmədi. Əgər münaqişə tarixin arxivinə qovuşubsa, ölkəmizin həyatında yeni quruculuq və bərpa dövrü başlanıbsa, işğaldan azad edilmiş ərazilərimiz Böyük Qayıdışa hazırlanırsa, ən əsası 10 noyabr üçtərəfli razılaşmasının, həmçinin 11 yanvar Bəyanatının müddəaları uğurla icra edilirsə, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi üzərinə düşən missiyasını layiqincə yerinə yetirirsə ATƏT-in Minsk qrupunun həmsədrlərinin hansı missiyanı yerinə yetirəcəyi maraq doğurur.”
Baş redaktor bu ümumiləşdirməni aparıb ki, istər 30 ilə yaxın müddətdə, istər həqiqət anı kimi dəyərləndirilən 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə baş verən proseslər münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu şəraitində nizamlanmamasının əsas səbəbini bir daha açıqladı: “Bu, dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq və islamofobiyadır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev yenilməz iradəsi və qətiyyəti ilə bunları da darmadağın etdi. Bu gün qarşıda dayanan əsas məsələ 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyimiz dəmir yumruğu bərpa işlərində də qorumaq, işğaldan azad olunmuş bölgələrimizi cənnətməkana çevirmək, öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Xalqımız tam əmindir ki, sarsılmaz iradəsi və yenilməz qətiyyəti ilə Azərbaycanın ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandanımız, qalib Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə yeni prioritetlər reallığa çevriləcək, doğma Qarabağımızda yenidən həyat canlanacaq, vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar.”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında