ARDNŞ-də 1.5 milyardlıq odəniş aparılıb

img

17-12-2013 [12:06]


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin noyabr ayında dövlət büdcəsinə 163 milyon 344 min manat vəsait ödəmişdir ki, bu da ötən ilin noyabr ayına nisbətən 35 milyon 346 min manat və ya 127,6 faiz çox olub.

Mia.az xəbər verir ki, bu şirkətin açıqladığı rəsmi rəqəmlərdir. Məlumatda bildirilir ki, 2013-cü ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 487 milyon 412 min manat vəsait ödənmişdir. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 199 milyon 509 min manat və ya 115,5 faiz çoxdur: "Bundan əlavə, cari ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14 milyon 275 min manat vəsait köçürmüşdür. Bu, ötən ilin noyabr ayına nisbətən 1 milyon 285 min manat və ya 109,9 faiz çox olmuşdur. Ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 147 milyon 765 min manat təşkil etmişdir ki, bu da ötən ilin yanvar-noyabr aylarına nisbətən 3 milyon 198 min manat və ya 102,2 faiz çox olmuşdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA