Ilham Əliyev “Şahdəniz-2” layihəsindən danışdı

img

17-12-2013 [11:23]


""Şahdəniz-2” layihəsi bölgənin enerji xəritəsini dəyişdirəcək”. 

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda "Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimində çıxış edərkən deyib. O bildirib ki, "Şahdəniz-2” çərçivəsində gerçəkləşdiriləcək layihələr Azərbaycan qazının tələbat olan bazarlara çıxarılmasına imkan yaradacaq.

Dövlət başçısı "Şahdəniz-2”, TAP və TANAP-ın dünyanın ən iri enerji layihələrindən olduğunu vurğulayıb və qeyd edib ki, bu layihələr çərçivəsində 35 milyard dollar yatırım qoyulması və 30 min yeni iş yerinin açılması gözlənilir. Azərbaycan xalqını bu tarixi günlə əlaqədar təbrik edən prezidentin sözlərinə görə, enerji siyasəti Azərbaycan iqtisadiyyatının transformasiyası və diversifikasiyasına imkan yaradacaq. İ. Əliyev iqtisadiyyatın qeyri-neft sektorunun da inkişaf etdirdiklərini söyləyib: "Biz "neft lənəti” deyilən haldan qaça bilmişik”.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA